Arzuların ən yaxşısını buludda
Arzuların ən yaxşısını buludda,Ən ün yetməz, ən əl çatmaz diyarda…Adamların ən bədbəxti həyatda,Ən xoşbəxti, ən azadı məzarda…
Obaların ən qədimi viranə,Şəhərlərin ən gözəli zəhərli,Səni gördüm kor olasan zamana,Tanımırsan nə namərdi, nə mərdi…
Bu həyatın ən çəkilməz qəm yükü,Anlayanın kürəyində, belində…Vəzifənin ən yağlısı, ən kökü,Nanəcibin, natəmizin əlində.
Oğulların ən igidi qorxuda,Zəkaların ən nəhəngi qıfıllı…Bu dünyanı kimlər saldı qırğına,Sərhəd-sərhəd parçalandı, qırıldı…
Qadınların ən gözəli maşında,Zər-zibaya, var-dövlətə sadağa…Könüllərin ən nurlusu pərişan,Amalların ən nurlusu qadağan…
Qızılların ən xalisi xəsisdə,Səxavətin ən alisi kasıbda…Belə-belə qaydaların əzizlər,Görən kimlər düzəldiblər, yazıblar…
Böyük xalqlar əbədilik hökmran,Kiçik xalqlar əbədilik zülümdə…Həqiqətin ən acısı hər zaman,Mənim dilim-dilim olmuş dilimdə…
Kifirlərin çoxu qəlbən bir mələk,Gözəllərin çoxu yüngül,quşbeyin…Xoşbəxtliyi parlayanda neyləmək,Şairlərə xudadan pay düşməyib…
Yamanların hamı xoşbəxt, hökmran,Yaxşıların ömrü,günü zülümdə…Həqiqətin ən acısı hər zaman,Mənim dilim-dilim olmuş dilimdə…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-arzularin-en-yaxsisini-buludda
Use ← → keys to move, R for a random poem
More by this author
Heyvan insanlardan qaçır,İnsan heyvanlardan qaçır,
Sizə güvəndiyim dağlar…Sizə güvəndiyim dağlar,Sizə də qar yağdı, qar yağdı…
Bir peyğəmbər yaşayırdı aramızdaQoy kor olsun ürəyiniz,Gözləriniz,
Bir də,bir də doğmayacaq məni anam…Bu ağ saçlar bir də qara olmayacaq,Bir də kimsə görməyəcək məni cavanam…
Poems by other poets
Badi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
DayanmazKönlümün şüşəsi, saqın ki, sınar,Toxunarsa ayna daşa, dayanmaz.