Xalqını düşünən hanı,Hərə özünü düşünür,Arvadını, uşağını,Oğul-qızını düşünür…

Hərə qalır öz gününə,İşıq salır öz gününə,

Hər öz toy-düyününü,Hərə yasını düşünür…

Allah dadımıza yetsin.Məhv olarıq belə getsə,Kim kimə yaxşılıq etsə,Tez əvəzini düşünür…

O nadanın bax içinə,Adam olub pul gücünə,Aləm batsa nə vecinə,O özgəsini düşünər?..

Tayfalara bölünürük,Ayaqlarda sürünürük,Niyə miskin görünürük,Bir yol siz bunu düşünün…

Yad vaya vay verən kimdir,Kasıba pay verən kimdir,Qonşuya hay verən kimdir,Hamı tərsini düşünür…

Hərə öz-özünə darğa,Hərə öz-özünə «arxa»,Bununçün yarımçıq xalqıq,Gəlin düzünü düşünək…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets