Ay ağalar, ay qazılar,Belə olmaz, belə olmaz!El malına tamarzılar,Belə olmaz, belə olmaz!

Aləmə saldınız azar,Can alırsız, açıq-aşkar,Xalqı soyur qaraullar,Belə olmaz, belə olmaz!

Kimisi cəlladtək qəsdə,Kimisi də kəmərbəstə,Döymə oğlu, ata üstə,Belə olmaz, belə olmaz!

Yorqanı yox bürünməyə,Qörxur gözə görünməyə,Öyrənmişik sürünməyə,Belə olmaz, belə olmaz!

İnsaflı ol, a hökmüdar,Çox da qolda qüvvətin var,Çoban Əfqan dözməz, ağlar.Belə olmaz, belə olmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets