İnsanlar, ilanlar
Min illərdir qərar tutub insan, bəşər,Dünya sonsuz, aləm, qədim…Min illərdir ilanlar öz qabığını dəyişirlər,İnsanlar öz sifətini…Böyüyürük hər gün bunu görə-görə…Görür Allah, görür fələk…Təbiətin qanunudur, ilan gərək qabıq verə,İnsanlığın qanunudur sifətini dəyişməyəİnsan gərək…Bu qanuna baxan kimdir,Bilmək olmur insan kimdir, ilan kimdir…Elə bil ki, yarışırlar, yürüşürlər,Saxlayan yox bu yürüşün qabağını…Min illərdir insanlar öz sifətini dəyişirlər,İlanlar öz qabığını…İnsan sanki ilan kimi qabıq verir,
Bəs o buna necə dözür?..Birisinin bütün cismi qabıq verir,Birisinin üzü-gözü…Bu dəyişdə, bu döyüşdə ilan bəzən yalanOlur…İnsan elə qabıq verir gürzədən dəYaman olur…İnsan çalar, insan insan dirildərdər də,İlan çaldı, ilan vurdu xilas çətin…İlanlar öz qabığını dəyişirlərMin illərdir,İnsanlar öz sifətini…Min illərdir çox-çox canlı, çox-çox bəşər,Qərar tutub göy altında…Yer üstündəİlanlar öz qabığını ildə bir yolDəyişirlər.İnsanlar öz sifətlərini dəyişirlər,Gündə-gündə…Fərq odur ki, qabığını dəyişəndəİlan əslİlan olur,Fərq odur ki, sifətini dəyişəndə,İnsan ölür…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-insanlar-ilanlar
Use ← → keys to move, R for a random poem