Hamı çəkilib gedəcək,Təkcə xatirən qalacaq…Hamıdan da etibarlı,Mənə xatirən olacaq…

Hayqıracaq, çuğlayacaq,Varlığımı yandıracaq.Şüşələri doğrayacaq,Qapıları sındıracaq.

O gələcək daim dilə,Susmaq nədir bilməyəcək.Yaşayacaq mənim ilə,Ta ömrümün sonunadək.

Ağır günlər qovuşacaq,Əriyəcək, bitişəcək,Qırx da gəlib sovuşacaq,İl də gəlib ötüşəgək.

Dövr edəcək dünya, zaman,Güllər açılıb solacaq.Təkcə solub saralmayanSənin xatirən olacaq…

Ən çox anan dərd edəcək,Bir də doğma bacıların.Onlara da öyrədəcək,Həyat həsrət-acıları.

Çox sağ olsun ana-bacı,Necə etsin, axı, onlar.Hamının öz ehtiyacı,Hamının öz qayğısı var…

Bir də dərddən nədir fayda,Unutmaq da bir hünərdir.Eh, unutmaq olmasaydı,Görən insan nə edərdi…

Unudulan gedən gərək,Unutmaqdır xilas ancaq.Hamı çəkilib gedəcək,Təkcə xatirən qalacaq…

Böyüklər də, uşaqlar da,Mənə ağıl verəcəklər.«Hamı üçün ölüm vardır,Bilməyirsən bunu məgər?».

«De, dünya qalıb kimə,Yaşamağın sonu budur… »Ürək-dirək vermək demə,Unutmağın bir yoludur…

Beləcə günlər ötəcək,Soyuyacaq bizim ocaq.Hamı çəkilib gedəcək,Təkcə xatirən qalacaq…

O soyumaq bilməyəcək,Yer uçula, Günəş sönə.Oğullar da gün gələcək,Ev quracaq özlərinə.

Hərənin də zaman-zaman,İsinəcək yurd-yuvası…Belə qurub bunu quran,Bunu yazan belə yazıb…

Olacaqdır hər birinin,Can-ciyəri uşaqları…Kaş onları xoşbəxt görüm,Daim yansın çıraqları…

Belədir yekun,nəticə,Adın yaxın, özün uzaq…Hər şey çəkilib gedəcək,Bircə xatirən qalacaq…

1988.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets