Heç demə burayacan,Sən məni yaşadırdın...Sənsiz oldum yarıcan,Bir soyuq daşa döndüm...

Nə güc qaldı, nə nəfəs,Düz köksümdən vuruldum.Oldum bom-boş bir qəfəs,Ruhsuz bir bədən oldum...

Heç demə burayacan,Səninlə insan idim.Sən verdin mənə can,Sənin bir parçan idim...

Sən getdin sanki birdən,Özümdən aralandım...Ayrıldım məhbərindən,Dağıldım, paralandım...

Heç demə burayacan,Sən mənə dayaq idin...Səninlə sevgi dünyam,Bütöv idi, sağ idi...

Qanını qat qanıma,Nə dərd bildim, nə sitəm...Qaytar yarı canımı,Ki, dirilsin təzədən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets