Sənsiz məndə dözüm yoxdur,Səndən özgə kəsim yoxdur,Səsin yoxsa, səsim yoxdur,Səsim səsinə öyrəşib...

Çox baxmışam yollarına,Qol salmışam qollarına,Bəxtim qızıl xallarına,Üzüm üzünə öyrəşib...

Əlim zərif əllərinə,Dilim şirin dillərinə,Telim ipək tellərinə,Gözüm gözünə öyrəşib...

Aylar, illər keçə-keçə,Bir olmuşuq gündüz-gecə,Səndən sonra, axı, necə,Mən özgəsinə öyrəşim?..

Bu eşqin möhkəmdi himi,Dəmir kimi, polad kimi,Ruhum qaynar həyat kimi,

Bu el qızına öyrəşib...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets