Saymır
Siz hələ dəhşətə, təzada baxın,Adi pivə satan şairi saymır.Tamam zəmanən çıxıbdır ağı,Cüllüdlər, qarğalar şairi saymır.
Çoxalıb namərdlər, ipiqırıqlar,Sanki ürəklərə qıfıl vurublar,Şer höccələyən colma-cocuqlar,Böyük Fizulini, Sabiri saymır…
Bir vaxt bəşər özü bir Allah idi,Rəiyyət rəiyyət, şah da şah idi,İndi bir fırıldaq dükan sahibi,Dükanına gələn dahini saymır…
İnsana nə etsə, məhv insan edir,Adam var könlü pərişan edir,Yanında anası ah-fəqan edir,Doğma anasının ahını saymır…
Əyri qəh-qəh çəkir doğruya, düzə,Qiymət verən yoxdur yaxşıya, pisə,Millətlər düşməntək durub üz-üzə,Bir xalq o birini daimi saymır…
Bir sən sayan vardır, bir fələk sayan,Şair, ömür keçir, fikirləş, dayan,Getdi ömür dostun, təkləndin daha,Ta kimsə bu tənha Cabiri saymır…
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-saymir
Use ← → keys to move, R for a random poem
More by this author
Heç demə burayacan,Sən məni yaşadırdın...
Bu nə cürə məhəbbətdiÖzü yandı, özü söndü,Bu nə cürə məhəbbətdi?
Adam da adamı bu qədər istəyər...Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...
Səni unutmaqdan ötrü…Ən dözülməz ağrılara, əzablara tab edirəm,Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Poems by other poets
روزگاری زان خوشی خوش میگذاشت
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,