Yuxun şirin olsun sənin…
Sən gör harda, mən gör harda,Dərd soldurdu, gülüm, səni…
Mən evdəyəm, sən məzarda,Ta yetməyir əlim sənə…
Bir qırpımda yollar aşdın,Dağlar keçdin, yollar aşdın,Min il məndən uzaqlaşdın,Hara atdı ölüm səni…
Otuz ildir bir can idik,Bir-birinə mehman idik,Bu nə hökmü fərman idi,Bir də necə görüm səni…
Dağım-dağım dağılırım,Yana-yana bağırıram,Ha adını çağırıram,Çatmayırmı ünüm sənə?
Gözlərimdə yaş quruyub,Gül sinənə daş qoyulub,Yastığa tək baş qoyuram,Boş qalıbdır yerin sənin…
Dəhşətlərdən, ağrılardan,Yatammadım zaman-zaman,Ta əbədi yuxudasan,Yuxun olsun şirin sənin…
1988.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-yuxun-sirin-olsun-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Yığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.
Sən elə bir vaxtda rast gəldin mənə...Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam...
Eşq-məhəbbət ölməyəcəkXalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.