Dan ulduzu
Bu qaranlıq gecə nə qədər sürdü?Yetiş imdadıma, ey dan ulduzu!Barı sən gəl, mənə yuxu gəlmədi,Yetiş fəryadıma, ey dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,Yolumda zülmət var, uçurumlar var,Yetiş ki, ömrümün karvanı ağlar,Aman, gəl dadıma, ey dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,Süzgün gözlərinlə gəl onu andır,Gözlərim yolunda, üzüm haqdadırAman, sən yox demə, ey dan ulduzu!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-dan-ulduzu
Use ← → keys to move, R for a random poem
More by this author
Sən güldükcə mən ağlaram, mən ağlaram!Sən susduqca mən çağlaram, mən çağlaram!
Dünyaya yas tutdum ürəyimdə mənDünyaya yas tutdum ürəyimdə mən,Axan göz yaşımı silən olmadı!
Bükdü belimi fırqətin, ey mahi cəhantabBükdü belimi fırqətin, ey mahi cəhantab,Sən alıyor zinəti bil külli səmavat.
Xəllaqi-cahan xəlq eyləyib bir güli-mümtazXəllaqi-cahan xəlq eyləyib bir güli-mümtaz,Bir cümlə ənadil3, o gülə xud4 nəzər əndaz.
Poems by other poets
Şiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara