Dün və bu gün
Dün səadətlə parlayan gözlər,Şimdi yəsü kədər nisar eylər.Dün təhəvvürlə gürləyən sözlər,Şimdi bir başqa macəra söylər.Dünkü xəndan könül bu gün sızlar,Dün sönən bir əməl bu gün parlar.
Mərhəmətsizdir iştə köhnə fələk,Bəşəriyyətlə əylənir daim.Bəşəriyyətlə əylənir gülərək...Dünkü məhkum olur bu gün hakim,Dünkü bədbəxt olur bu gün məsud,Dünkü məsud olur bu gün mərdud.
Başqa, pək başqa şimdi zevqi-cihan,Dünkü peymanələrdə qan coşuyor.Dünkü məmurələr bu gün viran,Dünkü viranələr bu gün məmur...Həp pozulmuş da dünkü peymanlar,Yeni dost olmuş əski düşmanlar.
Yoq təbiətdə öylə bir qüvvət,Əbədi, həm də paydar olsun.Həp dəyişməkdədir bütün xilqət,Həp dəyişməkdədir həyatü fünun.Olmayan varmı inqilabə zəbun?Varmı sarsılmaz öylə bir qanun?!
Seyr edin iştə kainatı bütün,Devrilir hər adımda bir əzəmət,Dinləməz dünkü hadisatı bu gün,Parlıyor hər dəqiqə bir hikmət.Hər qaranlıqda çırpınır bir nur,Hər həqiqətdə bir xəyal uyuyur.
-Bakı, 1915*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-dun-ve-bu-gun
Use ← → keys to move, R for a random poem
More by this author
Bazar... Qarşıda çadırçı və çömləkçi dükanları vardır. Taxçalarda hər dürlü çömlək və saqsı*sürahi qoyulmuş, işçilər bir yanda çadır toquyurlar, bir yanda çamurdan çömlək, sair saqsı qablar*
Üçüncü pərdəAlp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada*Xacə Nizam gəlir, Hacıb baş əyər.*
Dördüncü pərdəI səhnəXəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə. İbn*
Beşinci pərdəI səhnəMəzarlıq... İmamzadə günbədi... Onun yanında namaz qılınmağa məxsus bir oda. Ətrafda*
Poems by other poets
Feraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
O müjgani-siyəh-novkin xədəiki-yarə bənzətdimO mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Kimə söyləyim?“Səndən mənə yar olmaz” operettasından*Səni görən gündən
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,