Sarışın balkonun kənarında,Yazın atəşli zərbəsilə solubFəri uçmuş beş-altı saqsı çiçək,Gah bihiss, gah titrəyərək,Bəkləyir mavigözlü bir mələyinNurdan tökmə nazik əllərini.

Həpsinin hüsni-pürqübarındaArtıyor hər dəqiqə hüzni-qürub;Gələrək şimdi bir pəriyi-şəbab,Əldə bir dəsti eyliyor sirab;İştə bayğın baqışlı hər çiçəyin,Güldürür çöhreyi-mükəddərini.

Nə qadar xoş... o nazənin rəftar!Nə dilaşub... o zülfi-zərrintar!Həp o simayi-şux, o nim nikah,O şəhamətli, atəşin gözlərRuhi-əşarə bir təcəlligahOlaraq nuri-etila sərpər.

Bir çiçəkdən seçilmiyor hərgiz,Həm də bir qönçədir ki, pək nadir...O gül əndamı iştə seyr ediniz!Pənbə güldən gözəl deyil də nədir?!Mütəsəvvirmidir ki, bir insanOnu görsün də olmasın heyran?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring