İkinci pərdə
Page 4 of 4 · 75%
K ö s ə
(əyilərək)
Təşəkkürlər!..
K e y k a v u s
(elçiyə)
Həp gətirdiyin
Töhfələr bir yana, şu qız bir yana.
S ü d a b ə
O pək sevimli bir munisdir bana,
Parlaq bir incidir, misli yoq onun.
K e y k a v u s
Pək gözəl, adı qoy Dürdanə olsun.
S ü d a b ə
Qurnaz ixtiyar da zərif bir insan!
(Digər salona keçərlər.)
K e y k a v u s
Pək tühafdır, əvət.
P i ş x i d m ə t
(gəlir, təmənna edər)
Rüstəm pəhləvan!
K e y k a v u s
Çağır gəlsin.
E l ç i
Bən gedəyim.
(Təmənna edib çıqar.)
K e y k a v u s
İzzətlə!..
(Ətrafa.)
Nə tez? Niçin geri dönsün o böylə?!
R ü s t ə m
(Bəhramla girər, əskərcə təmənna edərək.)
Səlam!..
K e y k a v u s
Nə yapdınız? Nə oldu qavğa?
R ü s t ə m
Ordular vuruşdu qarşı-qarşıya.
K e y k a v u s
Sonra?
R ü s t ə m
Birər-birər başlandı döyüş,
Gərşivəzə üstün gəldi Səyavüş.
K e y k a v u s
(məğrur və məmnun)
Həlal olsun ona qəhrəman adı.
R ü s t ə m
Dostlar deyil, düşman da alqışladı.
K e y k a v u s
Sonra?
R ü s t ə m
Piran gəldi, xəbər verdi ki,
Onlarda olmamış qavğa istəyi.
K e y k a v u s
(sinirli)
Ya kimlərdir basqın yapan alçaqlar?
R ü s t ə m
Bir yığın ac, başı pozuq qaçaqlar.
K e y k a v u s
Sonra?
R ü s t ə m
Haqsız qanlar aqmasın deyə,
Səyavüşlə Piran gəldi bir rə’yə.
K e y k a v u s
Nasıl?
R ü s t ə m
Barışdılar.
K e y k a v u s
(qızğın)
Barışdılarmı?!
R ü s t ə m
Yersiz vuruşmanın mə’nası varmı?
K e y k a v u s
Xəyanət! Xəyanət!.. Alçaq xəyanət!
Əfrasiyabdandır bu hiylə əlbət.
R ü s t ə m
Hiç də öylə deyil, basqın yapanlar;
Həpsi yol vuranlar, yoldan sapanlar,
Yalnız onlarmı ya, bizimkilər də
Dirlik qoymadılar qomşu köylərdə.
K e y k a v u s
Köylər dağılsa da ağrıtmaz bəni,
Ancaq Əfrasiyab bilsin həddini.
R ü s t ə m
Bir səbəb yoq ikən, bəncə bu qavğa
Ağır bir zərbədir qəhrəmanlığa.
K e y k a v u s
(acı və alaycı qəhqəhə ilə)
İştə, hər ikiniz qorqaq və miskin!
Səyavüş də xain, Rüstəm də xain!..
R ü s t ə m
(sərt və kinli)
Qorqaqmı, xainmi?! Çirkin iftira!
Dayanmaz insan bu təhqirə əsla!
K e y k a v u s
(bağırır)
Rüstəm!
R ü s t ə m
(eyni ahənglə)
Həddini bil, nə sandın bəni?
K e y k a v u s
Sus! Şöhrətin məğrur etməsin səni.
R ü s t ə m
Saqın, güvənmə çoq təxtü tacına!
K e y k a v u s
(sinirli adımlarla gəzinərək)
Səyavüş də söz yoq, uymuşdur sana,
Hər ikiniz asi! Azğın bir asi!
Layiq sizə ancaq ölüm cəzasi!..
(Salonu tərk edər.)
R ü s t ə m
(sarsılır, Bəhrama)
Eşitdinmi böhtanları?
Eşitdinmi həzyanları?!
İştə quduz bir canavar,
Başda ölüm xülyası var.
B ə h r a m
Çıldırsa da farqı yoqdur,
Sənin gücün daha çoqdur.
R ü s t ə m
Artıq bana oldu əyan;
Cənnət imiş Zabilistan.
Dönməliyim əski yurda,
Namus, şərəf həpsi orda!..
(Südabə pərdə arqasından görünür və geri çəkilir.)
B ə h r a m
Ya Səyavüş!
R ü s t ə m
Hiçdir sonu,
Çabuq, yoldan çevir onu!
Gördüyünü söylə, həmən
Uzaqlaşsın bu ölkədən.
Gedərsiniz sən də, o da
Əfrasiyab hüzuruna.
Dayısıdır, hiç olmazsa
Orda qiyam olmaz ona.
(Sinirli və qızğın.)
Bıraq, burda Südabənin
Zevci dalsın da işrətə;
Ədalət və qanun desin
Hər zülmə, hər cinayətə.
Gəl gedəlim, nifrət olsun
Şu yıldızlı vəhşətlərə!
Artıq yetər, lə’nət olsun!
Ölüm qoqan şəhvətlərə!..
Gedərlər.
S ü d a b ə
(pərdə arqasından çıqar, acı qəhqəhə ilə)
Get, Südabə çoq inlətdi
Sənin kibi arslanları.
Önümdə çoq sönüb getdi
Dəhşət, zəfər vulkanları.
(Vurğun baqışla, uzaqlara.)
Ya Səyavüş!? Həp könüldə
Çınlar durur onun səsi.
(Son dərəcə kinli.)
Bəndən qaçsa belə, əldə
Gəlməlidir cənazəsi!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-seyavus-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
I SƏHNƏ**Bir buçuq sənə sonra, son baharda mehtablı bir gecə... Səhnənin ucunda domuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 domuz yatmış, yan tərəfdə bir su dəstisi var. Içəriyi sönük bir işıq aydınlatır. Pək kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. Serğo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tevr ilə domuz damından çıqar.*
Dördüncü pərdəI SƏHNƏ**İkinci pərdənin səhnəsində olduğu kibi, yol üzərində küçük bir balkon... Qarşıda çiçəkli bir baqça; mayıs... Pazar günü... Pərdə açıldıqda dört-beş dəliqanlı gürcü sərxoş bir halda yoldan keçərlər. Bunlardan biri öndə çalğı çalar, biri də tuhaf və gülünc vəziyyətlərlə oynar, digərləri isə əl çalarlar. Nina balkona çıqıb onları tamaşayə dalar. Dəliqanlılar çalıb oynadıqları halda uzaqlaşıb gedərlər. Bu sırada Xumar da çıqar.*
İlavəAydın bir mayıs gecəsi... Kürdən azacıq kənarda çiçəkli yeşil bir dağ kəməri... Şeyx Sən’an Xumarı qolları arasında tutmuş olduğu halda pək güc nəfəs alaraq, yorğun adımlarla dağın təpəsinə çıqmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə bıraqır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oqşamağa başlar.*Şeyx Sən’an
Topal TeymurƏŞXASI
Poems by other poets
رأی طرب قوی شود، رایت غم نگون بود
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Həyat fəlsəfəsiQuşlar qatar-qatar ellərdən keçər,Bəşər nəsil-nəsil dünyadan köçər;
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş