Beşinci pərdə
Page 2 of 2 · 50%
Iı səhnə
Bağdadda xəlifə Müqtədibillah sarayında bir salon. Birinci qulam nevbət bəklər.
Əbu Şüca dalğın bir halda düşünər.
İk inciqulam
(girib əyilər)
Gəlmək istər hüzurə bir müfti.
ƏbuŞüca
Söylə gəlsin.
İk inciqulam
(qapıya)
Buyurun!
ƏbuŞüca
(birinci qulama)
Çəkil, haydi!..
Müfti
(girər)
Əssəlamün əleyk, seyyidina.
ƏbuŞüca
Və əleyküm səlam.
Müfti
(heyrətlə)
Söyləyin,
Əcəba siz Əbu Şücamısınız? ƏbuŞüca
(Müftini qucaqlar)
Əski bir dost, əvət, şaşırmayınız,
Baş vəzirəm bu gün xəlifəyə bən.
Söylə nerdən xatırladın bizi sən?
Müfti
Olmasaydı o yolsuzun dərdi,
Bəni Bağdadə kim sürüklərdi?..
ƏbuŞüca
Söylə kimdir o?
Müfti
Sayğısız Xəyyam,
Onu hiçdən şımartdı Xacə Nizam.
ƏbuŞüca
O, Hicazdan dönüb, keçən aqşam
Vardı Bağdadə, görüb çoq ikram.
Müfti
İki gün sonra, şübhəsiz gənclik
Olacaqdır onunla küfrə şərik.
Gəlmişim bən fəqət şikayət için,
Həbsə layiqdir öylə bir xain.
Dışarıdan gurultu və salavat səsləri gəlir.
ƏbuŞüca
İştə, baq, gəldi şanlı rəhbərimiz,
Hiç məraq etmə, sonra dilləşiriz.
Musiqi... XəlifəMüqtədibillah Mə likşahla bərabər gəlir. Ərəb şeyxləri və
Məlikşahın saray ərkanı onları izlər. Sabbah ilə Əbu Tahir də qiyafətlərini dəyişdirmiş
olduqları halda arqa sırada görünürlər.
Xəlifə
(camaata)
Əyyuhənnas! Xaliqil-əqvam
Bəni qılmış xəlifətül-islam.
(əlini köksünə qoyar)
Rəhbər olduqca Müqtədibillah,
Sanmayın bir nəfər qalar gümrah.
Qavuşub haqqa getdi Alp Arslan,
Bizə yardımçıdır böyük xaqan.
(Məlikşahı göstərir)
O, xilafət lehində çarpışaraq
Qeysəri-Rumi əzdi pək parlaq.
Xəyyam gəlib yanda dinlər.
Məlikşah
(xəlifəyə cəvabən)
Daima bən xilafət uğrunda
Hazırım cəngə...
Xəyyam
(ətrafa)
Ən çocuqca xəta.
Xəlifə
(əlləri yuqarıda, Məlikşahçin dua edər)
Xaliqi-ləmyəzəl, böyük mə’bud. Camaat
Amin!
Xəlifə
Ulu xaqanı eyləsin məs’ud.
Camaat
Amin!
Xəlifə
Tul ömr eyləsin kəramət ona.
Camaat
Amin!
Xəlifə
Varsın iqbalı, ehtişamı sona.
Camaat
Amin!
Yeşlı bir ərəb də “amin”də iştirak edər, gülünc və tuhaf səsi mə’lum olur.
Xəlifə
Kamiyab etsin əhli-imanı.
Camaat
Amin!
Xəlifə
Əhli-Turanı, əhli-Iranı. Camaat
Amin!
Xəlifə
Bizi altın-gümüşlə ansınlar.
Camaat
Amin!
Xəlifə
Dini-islamə arqalansınlar.
Camaat
Amin!
(Dua bitər, hər kəs əlini endirir)
Xəlifə
(Məlikşaha)
Ərəbistana bəzl edin sərvət,
Sizə Xaliq nəsib edər cənnət.
Xəyyam
(yanındakı yavərə)
Nəqdi ver, nisyə al, nə abdallıq.
Yavər
Dur, yetər. Xəyyam
Ah, yazıq, bu xalqa yazıq.
Xəlifə
(yenidən coşaraq)
Orda, cənnətdə başqa aləm var, Nazlı hurilər oynaşıb da coşar.
Zümrüd, elmas qədəhdə sizlər için Ən nəfis içkilər sunar...
Bədəviərəb
(yersiz sevinclə)
Amin!
Xəlifə
Əvət, onlar, o incə afətlər
Sizi vurğun baqışlarilə süzər.
Bədəviərəb
(heyrətlə)
Allah... Allah...
Xəlifə
Mələklər oynaşaraq,
Sizə gülbusələr verir coşaraq.
Bədəviərəb
Nə səadət! Xəyyam
(ətrafa)
Nə tatlı mevhumat!..
Bədəviərəb
Bana qismət olurmu öylə həyat?
Xəlifə
Niçin olmaz?
Bədəviərəb
Yaşım bir az keçgin.
Xəlifə
Yenidən gəncləşirsin.
Bədəviərəb
(dərin sevinclə)
Ah, amin!..
Xəlifə
Gənclik, əlbəttə, başqa ne’mətdir.
Bədəviərəb
Ən umulmaz böyük səadətdir.
Xəlifə
(Xəyyama baqar)
Yeni bir şəxsə bənziyor o adam. Məlikşah
Öylə ya! Iştə, möhtərəm Xəyyam. Həccə getmişdi...
Xəlifə
Pək gözəl, əcəba
Yeni şeylər nə gördünüz orada?
Xəyyam
(mə’nalı ahənglə)
Dəvələr... Oynaşıb qoşan dəvələr... Dəvələr... Sadə hoplaşan dəvələr... Dəvələr... Cift ayaqlı mərkəblər...
Müfti
Susdurun, gör nə saçmalar söylər.
Xəlifə
Bəlli, Xəyyamın e’tiqadında
Şübhələr yoq deyil...
Məlikşah
Əvət, onda...
Son zamanlar acıqlı bir hal var.
Titiz olmuş da, hər nə görsə qızar... Bu səyahət də bir bəhanə idi,
Unutulsun dedik bir az dərdi,
Bil’əkis yapdı pək fəna tə’sir.
Müfti
O sapıtmış... Məlikşah
(bağırır)
Saqın, yetər təhqir!
Hər sözün bir məqamı var.
Müfti
Nə məqam?!
Xəlifə
(yumşaq və qurnazca)
Bəlli, yoq yer yüzündə suçsuz adam.
Məlikşah
(əlini bögrünə qoyar)
Ah, aman, doğranıb durur cigərim...
Xəlifə
Bir səbəbsiz deyil, bu, zənn edərim.
Məlikşah
Soyuq aldım keçən gün avda ikən.
Xəlifə
(qulama)
Baş təbib nerdə? Durma, söylə həmən.
(camaata)
Toplayın siz də xalqı camidə,
Yalvarın haqqa, bəlkə yardım edə.
Eylərim bən də şimdi razi-niyaz,
Onda bir zərrə xastalıq qalmaz. Məlikşah
(əlini köksünə qoyar)
Gedəlim, çırpınıb durur qəlbim.
Əbu Şüca və yavərlər yardım edib aparırlar.
Xəlifə
Sana versin şəfa böyük Rəbbim.
Camaat məhzun və pərişan ahənglə “amin” deyə məclisi tərk edirlər. Xəlifə yan odaya keçər. Birinci qulam da bərabər çıqar. Sabbah ilə Əbu Tahir də bir guşədə saqlanır.
Sabbah
O sönər şimdi, qaldı Xacə Nizam.
ƏbuTahir
Sağ bıraqmam, onun da ömrü tamam.
Birinciqulam
(geri dönüb onları görüncə)
Bana baq, ey!
ƏbuTahir
(qulamı arqadan yaqalar)
Saqın, qımıldanma, dur!
Birinciqulam
Sən də kimsin? ƏbuTahir
(xəncərini onun köksünə dayayır)
Cavabın iştə budur!
Birinciqulam
Coşma! Aciz qulun günahı nədir?
ƏbuTahir
Eyi baq, bən kimim?
Birinciqulam
(sevinclə)
Əbu Tahir.
ƏbuTahir
Tanıdın? Afərin!..
(Bir-birinin əllərini sıqarlar)
Birinciqulam
(Sabbahı göstərir)
O kim?
ƏbuTahir
Yoldaş...
Birinciqulam
Gedəlim, istirahət eylə... ƏbuTahir
Yavaş,
Bana anlat ki, nerdə Xacə Nizam?
Birinciqulam
Biləməm.
ƏbuTahir
Bir baqın nə qafil adam.
(Sabbahı qulama göstərir)
O, Məlikşaha qarşı pək küskün,
Bəlkə, uzlaşdırır xəlifə bu gün?
Birinciqulam
Vaqtı yoqdur xəlifənin əsla,
Eyliyor şanlı padşaha dua.
Bu sırada pərdə arqasında lirik musiqi çalınır.
Sabbah
Nə gözəl musiqi... Fəqət, əcəba
Hiç görülmüşmü musiqilə dua?
ƏbuTahir
Burda, baq, pərdə arqasında.
(Pərdəyi açmaq istər, qulam bıraqmaz)
Birinciqulam
Aman!
Bizi məhv etdirir xəlifə, inan. ƏbuTahir
Əski dostuz, bıraq da seyr edəlim, Sən bilirsin ki, boşboğaz deyilim.
Birinciqulam
Söz verin, hər nə görsəniz, ancaq Qalacaq qəlbinizdə, sirr olaraq.
ƏbuTahir
Aç! Çocuq sanma həmvilayətini.
Birinciqulam
İştə, seyr et xəlifə cənnətini...
Birinci qulam pərdəyi açar. Səhnənin işığı çəkilir, bağça görünür. Xəlifə çiçəkli bağçada,
fəvvarəli bir havuz kənarında zevq aləminə dalmış, yarımçıplaq qızlar rəqs edər,
onu əyləndirirlər.
Sabbah
Nə rəzalət... Bu bir ibadətmi?
Nə səfalət... Bu bir xilafətmi?
ƏbuTahir
(kinayəli)
Buna baq, zevqə baq, şətarətə baq!..
Birinciqulam
Haydı, rədd ol!
(Pərdəyi qapamaq istər) ƏbuTahir
Aman, bir az da bıraq...
Birinciqulam
Hiç zərər yoq, doyunca baq, lakin
Saçma sözlər niçin? Lətifə niçin?
ƏbuTahir
Nə olur? Bilmədik.
Birinciqulam
Bu hiç yaramaz...
S ab bah
Bana, lütfən, bir az su.
Birinciqulam
Bəklə bir az.
Yan odaya keçər. Qızlar rəqs edir və şərqi oqurlar.
Qızlar
Uçaraq hər tərəfdə bir kələbək,
Yanaşır ən sevimli bir çiçəyə.
Öpüb oqşar, əmib doyar, gülərək,
Qapılır sonra başqa bir diləyə.
Bana gəl, uçma, dur, gözüm kələbək,
Sana var gizli bir sözüm kələbək.
Al çilənmiş qanatlarında sənin,
Rəngi solmuş çiçəklərin qanı var. Üzmə şən bir həyatı sevgin için,
Şübhəsiz onların da bir canı var.
Bana gəl, qaçma, dur, gözüm kələbək, Səni incitməsin sözüm, kələbək.
Əbu Tahir qapıya baqaraq pərdəyi qapar. Səhnə bir az aydınlaşır.
ƏbuTahir
Dur, gələn var.
Sabbah
Əvət o... Xacə Nizam.
ƏbuTahir
Sən çəkil!
Sabbah
Pək gözəl.
(Yan odaya keçər)
ƏbuTahir
(ətrafa)
Gəl, iştə tamam.
XacəNizam gəlir.
ƏbuTahir
(ona yaqlaşaraq yalvarıcı baqışla)
Möhtərəm Xacə! Bizdən olsa xəta, Sizdən əlbəttə, əskik olmaz əta. XacəNizam
Söylə, kimsin?
ƏbuTahir
Qulun – Əbu Tahir.
XacəNizam
Nə dilərsin?
ƏbuTahir
(bir məktub verir)
Buyur da baq!
XacəNizam
Bu nədir?
ƏbuTahir
Namə.
XacəNizam
Kim yazdı?
ƏbuTahir
Bildiyin Sabbah.
XacəNizam
(oqur)
Əvət.
Onun məktuba daldığını görüncə Əbu Tahir xəncəri böyrünə soqar.
XacəNizam
(yıqılar)
Ah...
ƏbuTahir
İştə sus, gəbər...
XacəNizam
Eyvah...
Ölür. BirinciqulamSabbah ilə bərabər gələr.
Birinciqulam
(şaşqın)
Sən nə yapdın?
ƏbuTahir
Budur cəzası onun.
Sabbah
(içdiyi su qədəhini bir yana bıraqaraq)
Gedəlim, haydı...
ƏbuTahir
Gəl, bıraq uyusun...
(Çıqarlar) Birinciqulam
Bu nə dəhşətli hal, aman, ya Rəb!
(cənazəyi yoqlar)
Sönmüş artıq, bənəm bu qətlə səbəb.
İk inciqulam
(gələr, təlaşla)
Bunu kim yapdı?
Birinciqulam
Qanlı xırsızlar,
Şimdi burdan qaçan uğursuzlar.
İk inciqulam
Bir cinayət ki, bunda sən məs’ul.
Birinciqulam
Bən niçin? Bən niçin?
İk inciqulam
Kim etdi qəbul?
Birinciqulam
Sus, yetər!
İk inciqulam
Ah, xəlifə görsə bunu,
Qaçırır həftələrcə uyqusunu. Birinciqulam
Yardım et, sonra bir səbəb buluruz, Bir yalan uydurub da qurtuluruz.
Cənazəyi yan odaya keçirirlər. Xəyyam gələr, musiqini dinlər.
Xəyyam
Kimsə yoq, bəklə burda.
(pərdəyi bir yana çəkər)
Eşq olsun!
Hər könül şən, nədənsə bən məhzun. Çırpınır nəş’ə, musiqi inlər,
Oynaşır qayğısız gövərçinlər.
Qızlar havuzda hoplaşıb gülüşürlər. Xəlifə havuz kənarında qızlardan ikisini
yaqalamış, öpüb sıqışdırır.
Xəlifə
(birinci qumral qıza)
Sən gözəlsin, sevimli afətsin.
(ikinci sarışın qıza)
Sən isə bir içim lətafətsin.
(birincini qucaqlar)
Səndə var coşğun ehtiras alevi,
Yaqar atəşlərin sönük bir evi.
(qəhqəhələrlə gülən ikinci qıza)
Səni Tanrım yaratdı gülmək için,
Sadə gülmək deyil, öpülmək için.
(Öpər) Xəyyam
(ətrafa)
Əvət, onlar birər gülümsər naz,
Sən də şəhvət əsiri bir qurnaz.
Birinciqulam
(gəlir, qızğın)
Çəkil ordan, nə sayğı bilməz adam.
Xəyyam
Söylənib durma, nerdə Xacə Nizam?
Birinciqulam
Burda yoq...
Xəyyam
Burda.
Birinciqulam
Gəlməmiş.
Xəyyam
Gəlmiş!
Birinciqulam
Sana əsla yaraşmayan kötü iş.
(yaqalamaq istər)
Xəyyam
Çəkil, azğın! Birinciqulam
(bağırır)
Şaşırma, haydı!
Xəlifə
(dönüb baqar. Xəyyama)
Bu nə?!
Sən qarışdın xilafət işlərinə...
Hər şeyin bir hüdudu var, əcəba Sayğısızlıqda varmı bir mə’na? Qızlar utanıb şaşırırlar.
Xəyyam
(acı və alaycı gülüşlə)
Ey müqəddəs, sevimli rəhbərimiz! Gülmək istər bizim də gözlərimiz. Şairim, az da olsa ruhum var.
(qızları göstərir)
Bəni cəzb etdi, baq, o şaqraqlar, Gəldim alqışlayım məharətini,
Bəyənər Tanrı görsə cənnətini.
Yıqanır Kevsərində hurilər,
İştə, ürkək baqışlarilə gülər,
Görmədim böylə şairanə həyat, Səndə varmış pək incə hissiyyat.
(ciddi və kəskin)
Etməsin sözlərim fəna tə’sir,
Sən deyilsin şərəfli bir tacir.
Xalqa cənnət verib o dünyadə,
Özün aludəsin bu dünyadə. Səni aldatmasın o göz-qaşlar,
Bu səadətdə qanlı gözyaşı var.
Bataraq bir yığın alın tərinə,
Nəş’ə sərpər sənin diləklərinə.
Qızları ağacların ardında görər.
Kimdir onlar? Zavallı qurbanlar!
Sən də bir duyğusuz, quduz canavar.
Xəlifə
Nə cəsarət, nədir bu azğınlıq?!
Küfrün aydın, yetər, yetər artıq.
Xəyyam
Verin e’dam için haman fərman.
Xəlifə
Dur, Məlikşahə söylərim əl’an.
Səni məhv etdirir.
ƏbuŞüca
(gəlir, son sözləri dinləyərək)
Fəqət, heyhat...
Xəlifə
Nə xəbər var?
ƏbuŞüca
O etdi tərki-həyat...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-xeyyam-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir*havuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun*
İkinci pərdəMadriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağaclar...*İkindi çağı, bulutlu hava... Göy gürlər, şimşəklər çaqar... İb lis ixtiyar professor*
Üçüncü pərdəBelçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və*qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər*
Dördüncü pərdəİsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür.*İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman,*
Poems by other poets
Ömrün günün cəfasından,Odum keçib,külüm qalıb…
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Ənbərin, zülfinmidir, ya müşki-tatarın dururƏnbərin, zülfinmidir, ya müşki-tatarın durur,Köydə kovkəb əqdi həm, lölöyi-şəhvarın durur.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi