Page 2 of 6 · 17%

Həsənin yanında dayanan, səfərbər edilmiş kəndlilərdən biri sözarası soruşur.

K ə n d l i. Ay Həsən, yenə qarı gəlindən ötrü ağlayıb-sızlayır, darıxır? Evlən də... (pauza) bu qızla (mühəndis qızı göstərir). Çətin işdir bəyəm?

Ətrafdakılar gülürlər. Həsən də gülür.

B a ş q a b i r k ə n d l i. Həsən, bəs sən niyə yığışmırsan? Sənin bostanının tilsim-duası var bəyəm? Kür – əjdahadır: onsuz da hər şeyi udacaq!

H ə s ə n. Axı, su hələ uzaqdadır! Allah kömək edər, bəlkə heç nə olmadı.

K ə n d l i. Sən məyər bilmirsən ki, əvvəlcə dəvəni yaxşıca bağlayıb, sonra Allaha tapşırırlar?

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Yoldaşlar, yığışmaq vaxtıdır!

Həsən xurcunu anasına verib, kəndlilərlə birlikdə sel axan yerə gedir. Dəstənin başında
- partiya komitəsinin katibi və mühəndis qız. Daşqın. Ətrafdakı kəndlərin kəndliləri
və kolxozçuları qurşağa qədər suyun içində təbii fəlakətlə mübarizə aparırlar.
Torpaqla dolu kisələri daşıyıb, sahilə yığırlar. Dirəklər üzərində tikili qurur, ağacdan
maneələr düzəldir, dirəklər arasındakı boşluqları bağlayır, onları torpaqla doldururlar.
Qızğın iş qaynayır. Qaplan və Mişka hamı ilə birlikdə şücaət göstərərək Kür çayına
bənd çəkməklə məşğuldurlar. Hər an Qaplanın səsi ətrafa yayılır.

Q a p l a n. Uşaqlar, kisələri verin!

Qaplan təhlükəli yerə tullanır. Mişka kisəyə görə tez-tez sahilə çıxır,

birdən onun həyəcanlı səsi eşidilir.

M i ş k a. Ilan, ilan!.. Eh, lənətə gəlmiş zəhrimar!...

Q a p l a n (onun qışqırığına məhəl qoymayaraq çığırır). Tez olun kisə verin!

M i ş k a (kürəyində kisə, görünür). Yaxşı ki, sancmadı! (suya girir).

Qaplan və Avak Mişkanın kürəyindən kisəni götürüb, suyun yuyub apardığı yerə daşıyırlar.
Digər adamlar da kisələrlə gəlirlər. Qaplan, Mişka və Avak hər yerə qoşur və kömək edirlər. Mişka
üşüyür. Səs eşidilir.

S ə s.Yaxşıca hamamlandıq!

M i ş k a. Kisəçi çatışmır! (Ətrafda gülürlər).

Elə bil ki, su axını dayanıb. Qaplan və Mişka sudan çıxırlar. Avak orad işləməkdə
davam edir. Qaplan ətrafa boylanır.
Q a p l a n. Bu, hər il təkrar olunur. Necə bədbəxtlikdir? Amma bu
yaxınlarda biz bu işi yönünə qoyacağıq.

Kənarda, digər sahədə, partiya komitəsi katibi ilə yenicə gəlmiş bir qrup işləyir.
Burada mühəndis qız və Həsən bəndlərin arasında işləyirlər.

H ə s ə n (həyəcanla). Şax-şəvəl gətirin!

Qurşağa qədər suyun içində, kolxozçu qadın qaçıb gəlir, Həsənlə birlikdə dirəklərin aralarını
doldururlar. Partiya komitəsinin katibi bir qrup insanın yanından digər qrup insanlara yanaşır.
Ruhlandırıcı sözlər deyərək, özü də sahilə bənd çəkməkdə iştirak
edir. Həsən işləyə-işləyə, yandan kolxozçu qıza baxır.

H ə s ə n. Qəşəng qız, sənin adın nədir?
K o l x o z ç u q ı z. Mənim adım Nazlıdır. Nazlı! (Nazlı gülür, sahilə qaçır).

Həsənin dostu, kəndli oğlan bu mənzərəni görüb, zarafatyana.

K ə n d l i o ğ l a n. Hə, Həsən, fürsəti əldən verirsən? Allah özü göndərib. Kor nə istər:
iki göz – biri əyri, biri düz... Amma sənin iki gözün də yerindədir. (Ətrafdakılar gülürlər).

Qaplanın sahəsində yenə də həyəcan var. Səslər eşidilir.

S ə s l ə r. Çuxur var! Kisələr! Su bəndi yuyub aparır... Çuxuru çayın özündə doldurmaq
lazımdır!

Qaplan suyun yuyub dağıtdığı yerə atılır. Mişka və Avak da onun ardınca tullanırlar. Gərgin
vəziyyət alınır. Qaplan çuxuru tuta bilir, amma su ona güc gəlir. Həyəcanlı
səslər eşidilir.

S ə s l ə r. Ehtiyatlı olun, aparar!

Ancaq gecdir. Su Qaplanı aparır. Həyəcanlı səslər artır. Qışqırığa partiya komitəsi katibi və bir
dəstə gəlir. Mühəndis qız və Həsən suya tullanırlar. Böyük bir çətinliklə qız Qaplanı xilas edə bilir. Şən
səslər eşidilir. Mişka, Salman və Həsən Qaplanı sahildən çıxardırlar. Onu maşında aparırlar. Bütün bu
vaxtı orada olan Saryov özünü Qaplana çatdırır: Mühəndis-qız çaya qayıdır.

Q ı z. Uşaqlar, çoxlu kisə verin!

İş qaynayır. Qaplanın gedişindən sonra bütün təşəbbüs mühəndis
qızın və partiya komitəsi katibinin əlinə keçir. Salman Qaplanı yola salıb
qayıdır və sahildə Saryovun yanında dayanır.
S a r y o v (əsnəyərək). Məyər biz bunun üçün oxumuşuq? Salman yorğun halda özünə,
yaş və çirkli paltarına baxır.
S a l m a n (gümrah halda). Bəsdir, Saryov! Hər şeyə alışmaq lazımdır!
(Çayın təbii fəlakətlə mübarizə gedən yerinə qayıdır).

Axşamdır. Otaq. Sellə mübarizə Qaplana ucuz başa gəlməmişdir: o xəstə yatır.
Malyariya onu zağ-zağ əsdirir. Həsən də buradadır. Mühəndis-qız gəlir. O, Qaplanı sayıqlayan
vəziyyətdə görür. Qaplan öz əzizini, istəklisini tovlayan kimi əllərini uzadır.

Q a p l a n. Altunsaç! Altunsaç! (Qız heyrətlə baxır. Qaplan dəhşətə gəlmişdir. Onun
xəyalına aşığın nəğməsi gəlir. Əfsanəvi Altunsaç xəstənin gözlərinə görünür: onun qızılı
hörükləri qığılcım təki alışır).
Gəl, gəl Altunsaç! Bizə işıq və xoşbəxtlik ver.

Görüntü yoxa çıxır. Xəstə özündə yüngüllük hiss edir, gözlərini
açır və ətrafa baxır. Onun baxışları qıza zillənir.

Q ı z. Siz özünüzü necə hiss edirsiniz?
Q a p l a n. Heç... Malyariyaya alışmışam. Yaxşı... Xroniki malyariya görünür. Mən Sizi
tanıdım (pauza)
Q ı z. Hə, mən təyinat üzrə bura işə gəlmişəm.
Q a p l a n. Sizin adınız nədir?
Q ı z. Altunsaç!
Q a p l a n. Altunsaç?

Aşığın nəğməsi eşidilir. Qaplan özünü itirmişdir. O bilmir ki, həqiqət haradadır, əfsanə harada. Həsən,
əlində qab, Qaplan üçün kolxozdan süd gətirməyə gedir. O, yolüstü demək olar ki, sudan məhv olmuş
bostana baxır. Bəzi yerlərdə öz sahələrinə baxan kolxozçular görünür. Nazlı da buradadır. Qız Həsənə
yaxınlaşır. Ona zarafat-
yana “dayı” deyə müraciət edir.

N a z l ı. Hara, dayı?
H ə s ə n. Süd dalıyca, xala, rəis üçün. Xəstədi o.
N a z l ı. Lənətə gəlmiş Kür sənin də xətrinə dəyib, dayı!
H ə s ə n. Islanmışın yağışdan nə qorxusu.
N a z l ı. Belə islanmış... cücəyə ocaq lazımdır. (Nazlı onun çiynindən
vurub, qəhqəhə ilə gülür).
H ə s ə n. Ocaq var, od yoxdur.
N a z l ı. Od? Sən də onu tapmırsan? Kuzələri ver, gedək. (Nazlı

ona incə nəzərlərlə baxır və mənalı-mənalı gülür).

Altunsaçın çox da böyük olmayan, səliqəli laboratoriyası. O, iş başındadır. Qaplan
stola söykənmiş halda dayanıb.

Q a p l a n. Mən çox şadam ki, siz bizim peşəni sevdiniz... Mingəçevir

  • bizim gələcəyimizdir! Su, sağlam hava, məhsuldar torpaq və
    əbədi yanar od. Bizim əcdadlarımızın hörmət etdikləri dörd ünsür!
    Bütün bunların hamısını Mingəçevir verəcəkdir.

A l t u n s a ç. Biz hələ çox şey etməliyik.

Q a p l a n. Eybi yoxdur, gücümüz çatar. “Bolşeviklər xüsusi keyfiyyətli insanlardır”. (Saata baxır) Bağışlayın, mən işə getməliyəm.

Qaplan geri dönür və tez laboratoriyadan çıxır. Altunsaç onu baxışları ilə yola salır
və tez pəncərəyə yaxınlaşır. Onun qara gözləri uzun müddət Qaplanın arxasınca baxır.
Meydanda baraklar arasında. Həsənin anası utana-utana Qaplana müraciət edir.

H ə s ə n i n a n a s ı. Çox sağ olun ki, mənim oğlumu işə götürdünüz. Onun bostanını su basıb... Mən də artıq qocalmışam. Həsəndən başqa heç kəsim yoxdur. Ölümümdən qabaq öz evimdə gəlin görmək istərdim. (Qarı ağlayır).

Q a p l a n. Qəm yemə, ana. Həsəni evləndirərik! Hər şey yaxşı olacaq!

Qarı ehtiramla Qaplana baxır. Yaxında tikintisi başa çatmamış kanalın ətrafında
kəndlilər oturmuşlar. Qaplan onlara yaxınlaşır.

Q a p l a n. Siz niyə bekar oturmusunuz?

K ə n d l i l ə r (ayağa qalxırlar). Iş yoxdur, ona görə də oturmuşuq. Deyirdiniz işçi yoxdur, bax, biz kolxozdan gəlmişik... Orada işi atmışıq, burada da heç bir şey yoxdur! Alətlər yoxdur, nədir? Kim çağırıb?

Random poem

More by this author

Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 min
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 min

Poems by other poets