Bu kitabçadakı hekayələr təqribən bundan on beş il əvvəl, «Səda» və başqa Bakı qəzetələri sütununda dərc olunmuşdu. 1912- və 1913-cü illərdə ayrıca olaraq «Həyat səhifələri və Divanə» invanlı kitabçalar şəklində meydana çıxdı.

O zaman birinci rus inqilabı, umudlarımıza baxmayaraq söndürülmüş və ağır bir irtica Rusyada sakin millətləri boğmağa başlamışdı. Nəticədə bə’zi mühafildə bir naümidlik hökmfərma oldu. Zəif təbiətlilər bədbinliyə üz qoydu. Bir çoxları, «Son bahar» dövrü fikirlərinə qapıldı və məhv oldu. Gəncliyin çox hissəsi enerzisini sərf etməyə zəmin bulamadı, «metafizik» sahəsinə atıldı və gözəl vaxtını dinin mücərrəd vərasətinə həsr etdi. «Cavan»ların təbii yolu qayıb etməsi, bircə çox həyatı şərtlərdən irəli gəldiyi, aşkardır. O zaman önümüzdə həlli icab edəcək böyük məsələlər var idi. Çar istibdadından başqa, türk gəncləri üçün bir də «milli» istibdad və cəhalət movcud idi. Xalqın inkişafı yolunda qara daş təşkil edən bu iki qüvvə bir-birilə sıxı bir rabitə də idi. Birinə endirilən zərbə ötəki tərəfindən dəf’ olına bilirdi. Gəncliyin vəzifəsi: bütün qüvvət və qüdrətini toplamaq və iki başlı istibdadı bir zərbəyə qurban etmək idi.

Böyük proletar inqilabı imkan verdi və istibdad hankı şəkildə olursa olsun öldürüldü.

Bu gün istibdadın yıxdığı və yıxıldığı yerdə yeni bir quruluş təsis etmiş; həyat təzə bir yola girmiş. Cavanların toplanmış enerzisi faydalı bir sahədə sərf olunur – «metafizik» yerinə texnik, movhumat yerinə müsbət elmlər, cəhli yerinə maarif və mədəniyyət, millətlər ədavəti yerinə millətlər qardaşlığı hökmfərmadır.

İndi əvvəlki kibi deyil – həqiqi müsavat şiarı, qadınları da iş başına çəkdi, bunlar da vətəndaşlıq vəzifəsinə vaqif bir şəkildə yeni yapılan binaya öz əməklərini sevə-sevə sərf edirlər. «Keçmiş səhifələr» dəhşətini qayıb etdi və… tarixə mal olmağa başladı.

Yeni oxucularım bu kitabçanı oxurkən onu keçmiş ilə müqayisə etməlidirlər. Onda oktyabrın inqilabının nə böyük feyzlər verdiyini idrak edəcəklər və onu daha da sevəcəklər və bənimsiyəcəklərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets