Cavan
Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:
– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Cavan öz cavabına:
– O bir şeyi də yenə bir ayrı şey yaradar, yaratmasa da yaranmağına səbəb olar!
Cavan gəzə-gəzə özünə yenə sual verirdi:
– Bəs bir şey ki birini yaratdı, onu da bir ayrısı yaratdı, bu ayrısını da bir qeyrisi; yəqin ki, bu «şeylər»in bir nihayəti də var ki bunların hamısını yaradıb?!
Cavan burada öz sözlərini təsdiq edib, bir sual da fikrində keçirdi:
– Bəs bu şeyi yaradan şeyin özünü kim yaratdı? Bu suala cavab tapa bilmiyib, Cavan sürətlə otaqda gərdiş eləməyə başladı, və gərdiş etdikcə də çənəsində bitən üç dörd yumşaq tükləri əli ilə burub şişmərlədi. Cavan öz sualına cavab tapa bilmədi:
– Tutalım ki tövrat xəbər verən doğrudur: «Allah taala yeri göyü və cəmi gördüyümüz şeyləri altı günə yaratdı.» – bəs ondan irəli nə var idi və onları kim yaratmışdı?
Cavan yenə cavaba aciz qalıb çənəsinin tüklərini burmaqda davam etdi. Və burduqca da fikirləşib fikrindən də bir nəticə hasil edə bilmədi:
– Axır bircə əzəl nə var idi? «Varı» kim yaratmışdı? Yaradan haradan gəlib?.... Suallar onun başını dəlib çölə çıxırdılar. Cavan yenə fikirdə idi!
– Tutalım ki elm deyən də doğrudur: «əcrami səmaviyyə kürə şəklində fəzaya dağılıb və bizim yer də həman kürələrdən olub bir guşədə qərar tapıb.»
Bəs bu yerin, bu əcramın əsl maddəsi nədən doğulunub? Fəzanın nihayəti haradadır? Fəza nərədən gəlib və gəldiyi yer nədən əmələ gəlib?...
Cavan dəli kibi otaqda o baş bu başa yüyürüb, başından min sual keçirirdi və suallarının hamısına da cavab tapsa idi birinə tapa bilmirdi və dayanıb gözlərini döyə-döyə qalırdı:
– Yerlər, göylər, ulduzlar, ay, gün hələ yaranmamışdı: «Dünyada allahdan savayı bir şey yox idi» – yaxşı! Bir şey olmuyanda olmadığı yerdə yenə bir şey olur. Pəs əvvəl allahdan savayı bir şey olmuyanda nə var imiş?.. Yoxsa yoxluq allahdan ibarət imiş? Allah nədən ibarətdir?
Cavan yenə gərdiş edirdi. Çox dolanıb yorulub oturdu və əllərilə başını tutub yenə fikirə gedirdi, yenə xiyalı cəmi kainatı cövlan edib, intihasını tapa bilmədi. Bir də getdi əzəliyyətə çıxdı! Oraları yenidən fikrindən keçirib allahdan savayı bir şey olmuyan zamanı təsəvvürünə gətirdi və yenə dürüst fikirləşib özünə əzəliyyətin aydın şəklini çəkə bilmədi:
– Əzəliyyət idi, allahdan savayı heç zad yox idi. Allah da sifət deyil, cism deyil, cövhər deyil.... yəqin ki, əzəliyyətin özü allahdır! Pəs yaxşı, o əzəliyyəti kim yaradıb? O haradan gəlib?... Əzəliyyət varmış, varlıqda bir şeydən əmələ gəlir, şey də maddədir. Pəs allahın varlığı hansı maddədən əmələ gəlib və o maddə nərədən götürülüb? Pəs götürülən yer nə imiş? Ondan əvvəl nə varmış, varlığın özü haradan gəlib? Ondan irəli yoxluq nədən ibarət imiş, yoxluğu kim xalq etdi?... Bir birinə zəncirlənmiş minlərcə suallar cavanın fikrini yenidən məşğul etdi: dibsiz nihayətsiz fəzanın haradan gəlib və kim xalq etdiyi yenə onu otaqda gərdiş etməyə məcbur etdi. Gün batdı, toran qovuşdu da cavan fikrindən əl götürmədi. Fikirləşdi, fikirləşdi gözləri dəli gözü kibi çanağında oynamağa başladı, beyni işləməkdən əl çəkdi. Cavan qəribə bir hala düşdü: bir də gördü divarlar buna tərəf gəlirlər, ev şeyləri tamam yerindən qopub otaqda gəzirlər, yer ayağının altından qaçır..... Cavanın başının tükü biz-biz durdu, bədəninə qorxudan lərzə düşdü. Bir də ətrafa baxdı və gücü gəldikcə çığırıb, otaqdan qaçdı.....
Neçə dəqiqələr idi ki, Cavan balkona səkənib hissiz qalmışdı. Bədəni hələ yenə titriyirdi. Ağlı az qalırdı, başından çıxsın. Cavan cəmi gücü cəmi varlığı ilə səy eliyib yenə fikirlərindən aralanmaq istiyirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-cavan
Use ← → keys to move, R for a random poem
More by this author
Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı.Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:
Dərs(İstudentlər məişətindən)İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi.
Qız məktəbindəMolla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!
BorcluKərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.
Poems by other poets
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın