Page 2 of 10 · 10%

Bir gün A... arvadı ilə artırmada oturub danışırdı. Arvadı buna nə isə söyləyib, kişini düşündürdü. Bir də kişi özündən çıxıb bağırdı:

– Nəcis quyusu bu tezliklə dolmaz. Hesabını bilirəm, yəqin qayınanam burada qalır, onun üçün tez dolmuşdur.

Ayaqyolu quyusunun vaxtından əvvəl dolması ilə qayınanasının evdə yaşadığını sezən müamiləçi yerindən sıçradı, haradansa bir odun tapdı və odunu havada qolaylaya-qolaylaya baş otağa soxuldu. Otaqları bir-bir gəzib bir qapını bağlı gördü, odunla qapını sındırmağa başladı. Arvadı onu sakit eləmək istədikdə, onu qayınana zənn edib, odunu qoluna çırpdı...

Bu vəqədən bir neçə il sonra A... öldü, bu ölüm evdə böyük bir şadlığa səbəb oldu: gənc, gözəl və zəngin qadın üçün yeni bir həyat başlayırdı. Onda mən məktəbdə idim, bir axşam adam yollayıb məni çağırdılar. Anamla bərabər getdik, qarşıma bir böyük qutu təməssük qoydular: oxuyub kişinin var-yoxunu arvadına bildirməli idim. Otuz min manatlıq təməssük vardı. Bunların arasında şəhərin ən məşhur mollasının yeddi yüz manatlıq bir təməssüyünü gördüm. Iki gün sonra məni yenə çağırdılar, yenə təməssükləri yoxlamaq lazım idi. Diqqətimi bir şey cəlb etdi: mollanın yeddi yüz manatlıq təməssüyü nə vasitə iləsə götürülüb, əvəzində üç yüz manatlıq təməssük qoyulmuşdu.

Şəhərimizin iqtisadi vəziyyəti fəna olduğu üçün sənət və işi olmayanlar çəkilib kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı və ən dələduz qismini də Aşqabad cəlb edirdi. Bir qismi də

Borc kağızı, borc sənədi

Ağdamda qazanc dalınca gedir və yayda, şəhərdə buraxdığı ailəsinin yanına dönürdü. Bu mühacirət qonşularımızda belə gözə çarpırdı: keçəl Səməd köçüb yerinə bir “lotu” zərgər gəlmişdi. O zaman şəhərdə böyük bir sərvət sahibi ölmüşdü, bu ölüm lotular üçün əlverişli bir vəqə oldu: yuxarıda adı zikr olunan məşhur molla o saat arvadını boşayıb bu zənginin arvadı ilə evləndi... Zərgər də bu məsələyə qarşı yabançı qala bilməzdi: zənginin iki gənc oğlunun xərcinə olaraq gecədə ziyafətlər verirdi. Çocuqlarla artırmadakı pəncərənin önünə toplanıb, kef məclisinə tamaşa edərdik: musiqi çalınır, xanəndə zəngulə vurur, çərəz yeyilirdi. Zərgər müsamirə proqramını tez-tez dəyişirdi, bir axşam bir dərviş çağırılmışdı, nağıla başladı. Məclisin ortasında ayaq üstə durub, cürbəcür hərəkətlər yaparaq nə gözəl nağıl söyləyirdi. Təsəvvür ediniz, bir nağıl üç ay davam etdi, hər axşam da dərviş hekayəsini dadlı bir yerdə kəsib, bizi maraq içində buraxırdı, o biri axşamı səbirsizliklə gözləyirdik...

Vəba ili evdən dışarı çıxmamız yasaq edilmişdi, o ağır il zorla yadımdadır. Mollaların əmrlərinə görə bu “allah bəlasından” xilas olmaq üçün xalq ayaqyalın, başıaçıq cıdır düzünə müsəllaya çıxmışdı, allahın nəzərini “cəlb” etmək üçün o günü südəmər uşaqlara süd verməkdən analar mən olunmuşdu... Qorxunc il idi, adam milçək kimi qırılırdı. Əlimdə bir parça gilerməni və sarımsaq taxtapuşda oturub ətrafı seyr edərdim – gilerməni ilə sarımsaq vəba dərmanı sayılırdı. Evimizin arxa tərəfində Qara Aslanla qızı vəbadan ölmüşdü. Bütün qonşularımız qorxu içində idi.

Indi bu Qara Aslanın və qonşuluğundakı Lal Sarayın evini Ları Muxtar almışdı. Bu Ları, zənnimcə şəhərin ən ucaboy adamı idi, arvadı ilə bərabər təndirdə çörək bişirib satardılar. Arvad həmişə əkiz doğar və hamısı da oğlan olardı. Mən Şuşanı tərk edərkən bunların 14 oğlu vardı. Eşitdiyimə görə sonralar Ları Muxtar təkrar evlənmiş və ikinci arvadından da bir sürü uşağı olmuşdu...

Lal Sarayda bir sirr var idi, xalq arasında əyarı çox da yaxşı deyildi, deyərdilər ki, evində arvadlarla kişiləri görüşdürür. Kim bilir! Hər halda bu ən bədbəxt bir arvad idi: bir oğlu iflicdən yatağa yamanmışdı, böyüyü köçüb şəhərdən getmişdi və anasına heç bir köməyi dəymirdi, kiçiyi isə sərçə mütəxəssisi idi. Məhəllənin sərçələrini tiryəkə öyrətmişdi, tiryək nəşəsi gələndə bütün sərçələr uçub mürşidlərinin yanına gələrdi...

Yazda, yayda çocuqlar üçün əyləncə çox olurdu, bizim üçün qış ən ağır fəsil idi. Yarımişıqlı otağımızın ortasında dördbucaq şəklində qayrılmış ocağın dövrəsində döşəkçələrə düzülüb, oturardıq, əzgil bişirərdik, şabalıd qovurardıq. Qapalı pəncərənin dışarısında duran toyuq, xoruzlar ayaqlarının birini qarnına çəkib, sanki bizə qibtə edərdilər.

Ayaz axşamlar qulağımız küçədə olardı, bir də gözəl səslə oxurdular:

Şorməzə noxud, ağca noxud,

Əla yeməli noxud.

Anamıza yalvarardıq, noxudçunu çağırardı, başı başlıqlı gənc buğlanan badyanı yerə endirib, tərəzini çıxarardı... Ah, nə dadlı dəqiqələr idi!

Şorməzə noxud dadlı da olsaydı, yaz əyləncələrinə çatmazdı, yaza və novruz bayramına bir ay əvvəldən hazırlanardıq, anam ev tökərdi, xalılar, palazlar çırpılar, rəfdəki yığın-yığın qablar yuyular, evin içinidışını əhənglə şirələyərdik. Çocuqlara yeni paltar tikilərdi. Bilxassə çərşənbələri təntənə ilə keçirərdik: çərşənbə dişərdik – ürəyimizdə bir niyyət tutub qonşuların danışığını gizlincə dinlərdik və eşitdiyimiz ilk sözləri yozmağa başlardıq. Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng- taraqqa atardıq, toran qovuşanda da anam kiçicik piy şamlar yandırıb evin iç və dış divarlarına yapışdırar, işıq aləmə yayılardı. Nəhayət bütün ailəmiz lobyalı aş süfrəsinin ətrafına toplanardı (çərşənbə və novruz axşamları lobyaplov yemək qayda idi). Novruz daha dəbdəbəli olardı: yeni ilin girəcəyi vaxtı öyrənib, hazırlaşardıq – hamı təzə paltarda, süfrəyə çərəz və səməni otu qoyulmuş, könülaçan söz danışılır... El adətincə, il nə vəziyyətdə qarşılansaydı, o vəziyyət ilin axırına qədər davam edərdi. Böyük qardaşım saata baxıb, deyərdi:

Köhnə ili təzə ilə döndərən allah,

Sən bizim əhvalımızı yaxşı elə.

Sonra gedib məsciddən il təhvil suyu gətirib məkulat qablarına tökərdik ki, bolluq olsun.

Bizim evin özünəməxsus bir etiqadı vardı, bu etiqad islamiyyətin zərdüştiliyə bulaşmasından ibarət idi. Nə atam, nə anam namaz qılmazdı, amma hamımız xalq adətlərini təqdis edərdik. Məsələn, orucluğa on beş gün qalmış – “barat axşamı” – hərə bir şiş götürüb,

dinləyərək bağçanı dolaşardıq. Guya o gecə yerin altındakı bütün xəzinələr Fatmeyi-Zəhraya
cehiz gedirmiş: cingilti gələn yerə şiş taxılsaymış, xəzinə oradaca durarmış. Təbiidir ki,
bütün səyimizə baxmayaraq bir dəfə də olsa, xəzinəyə rast gəlmədik. Yenə eyni “barat
axşamı” barlı ağac dibinə iki yumurta, bir az qara, bir az da qırmızı boya qoyardıq və
gələcəyimizi bilmək istərdik. Səhər tezdən həyəcanla ağacın dibinə qoşardıq, bir dəfə
niyyətlə qoyduğum yumurtanın bir tərəfinə qırmızı ləkə düşmüşdü. Nə qədər sevindim.
Yaz dumanı şəhəri bürüyür, göz-gözü görmürdü. Rütubətli gündə haraya gedəcəksən
ki... Yenə pəncərəni salıb, ocağın qırağına yığılardıq – dumana qarşı tədbirlər lazım idi. Bir
ip götürüb, şəhərdəki keçəllərin yeddisinin adına düyün salıb ocaqda yandırardıq, sonra
dumanın özünə müraciət edərək onu qorxudardıq:

Duman qaç, qaç, qaç,
Səni qayadan atarlar.

Dumanın qaçması üçün hər kəs çalışardı. Çocuqlar dodu gəzdirərdilər. Üzərinə qırmızı
şilə çəkilmiş bir dairədən ibarət olan dodu günəşin müqəvvası idi. Bunu qapı-qapı gəzdirib
oxurdular:

Dodu dodunu gördünüzmü?
Doduya salam verdinizmi?
Dodu gedəndən bəri
Bir gün üzü gördünüzmü?

Eşşək batıb palçığa
Ayağından nal çıxa.
Qaraqayanın dibindən
Bir qırmızı gün çıxa...

Qızlar da ayrıca olaraq günəş həsrətində oxuşardılar:

Gün getdi su içməyə,
Qırmızı donun biçməyə.
Keçəl qızın qoydu evdə,
Saçlı qızın götdü-gəldi,

Budu gəldi ha, budu gəldi.

1 Şuşanın şərqində bir dağ adıdır (müəllif).

Atam Ağdamda nüsxəbəndlik edərdi. Və şəhərə ildə üç-dörd dəfə gələ bilirdi, hər gəldikdə də bir həftə qalardı. Bu gözəl həftələr anamız üçün deyil, yalnız biz çocuqlar üçün gözəl idi: meyvə, xoruzbeçələr, yağ-yavanlıq gətirərdi. Yeyərdik, içərdik, xoruzbeçələrlə əylənərdik, nəhayət gözəl həftə gəlib keçər, zavallı atamın pulu qurtarardı və şənbə günü yenə kəndə yola düşərdi. Bu gözəl həftələrin özünəməxsus bir faciəsi vardı – atamla anamın sözləri bir-birinə xoş gəlməzdi, nəticədə atam həmişə şikayətlənər, anam da ağlardı. Bu övza bizim körpə ürəklərimizdə dərin kədərlər oyadardı. Lakin səbəbini dərk edə bilməzdik. Böyüdükdən sonra ailə faciəsinin sirrinə vaqif olmağa başladım. Atamın birinci arvadı ölmüşdü, ikincisini boşamışdı, anam üçüncüsü idi. Atam anamdan yəqin, iyirmi beş yaş böyük idi. Ailə faciəsinin sirri burada idi. Anam atama qarşı hörmətsizlik etmirdi, vəfasızlığı fikrinə belə gətirmirdi, ancaq qismətə inanaraq bəxtindən küsmüşdü. Bu həyata qarşı olan küskünlük bizə də sirayət etmişdi, bilxassə mən həyatımın sonuna qədər uğursuz olacağına çocuqluğumun ilk dövründən inanıb, qəlbimdə qəm kitabı daşıyırdım... Həyatın acılıqlarını duyaraq çocuq xəyalıma qəribə fikirlər gəlirdi: “Ərəbistanda olsaydım, yəqin peyğəmbər olardım” – deyə düşünürdüm... Peyğəmbər neçin? Dərdliləri ətrafıma toplamaq üçünmü? – xatirimdə deyil.

Random poem

More by this author

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 min
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 min
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 min
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 min

Poems by other poets