Xalq ədəbiyyatının təhlili
Page 1 of 3
XALQ ƏDƏBİYYATININ TƏHLİLİ
Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.
Bu gün Azərbaycan gəncləri arasında xalq ədəbiyyatına böyük bir maraq oyanmış, kəndbəkənd gəzilir, ağızdan-ağıza keçən, əsrlər məhsulu olan atalar sözü, bayatılar, nağıllar, aşıq sözləri toplanır. Lakin bir çoxlarının hazırlığı olmadığı üçün yığdıqlarında qüsurlar görünür, xalq şivəsini lazımınca gözləmirlər, şəhər təsirinə qapılırlar. Çox vaxt ədəbi sözlər qataraq, xalq əsərinin ahəngini pozurlar. Bilxassə Hümmət Əlizadə yoldaşın topladığı materiallarda bu qüsurlar görülməkdədir. İrəlidə qüsurlara yol verməmək üçün həvəskar gənclərimizi mətbuat vasitəsilə hazırlamalıyıq. Bir çoxları rusca bilmədikləri üçün mühüm mənbələrdən istifadə edə bilmirlər. Türk və Şərq aləmində bu yolda az çalışılmış və etinaya layiq bir əsər meydana çıxarılmamışdır. Halbuki, türklər zəngin bir xalq ədəbiyyatına malikdirlər və çalışmaq üçün geniş bir sahə vardır.
Məsələnin çətinliyi xalq ədəbiyyatındakı təsirləri araşdırmaq, ondakı qaranlıq nöqtələri izah etməkdən ibarətdir. Zahirən aydın görünsə də, şərhə ehtiyacı olan nöqtələr çoxdur. Məsələn: “Xoruz olmasa sabah açılmaz” deyirlər. Bu atalar sözünü anlamaq üçün xoruzun qədim tarixdə oynadığı rolu bilməliyik. Zərdüştilərdə “pəridar” adlanan xoruz müqəddəs kimi tələqqi olunur, çünki işığın və gündüzün zühurunu xalqa xəbər verir. Xoruz işıq allahı Hürmüzdün güruhundan sayılır.
İzahata ehtiyacı olan bir başqa misal alaq:
Ay getdi batan yerə,
Mələklər yatan yerə,
Sinəmi nişana qoydum
Yar oxun atan yerə.
Əksər bayatılarda olduğu kimi, burada da paralelizm var. Sonku iki misra qüvvətini birinci misralardan alır. Birinci misraları izah edək. Xalq etiqadınca ay oğlandır, günəş qız. Ay mütəmadiyən günəşin peşincə dolanır. Yuxarıda göstərdiyimiz bayatıda ay mələklər yatan yerə gedir. Burada ay həssas bir aşiq kimi göstərilir. Bayatını söyləyən öz eşqini və eşq yolundakı fədakarlığını ayın eşqilə bərabər tutur...
Deməli, xalq ədəbiyyatını ətraflı bilmək üçün bir çox tarixi məlumat əldə etməli, xalq adət və ayinlərini bilməli, əsatir qismini öyrənməli və başqa xalqlarınkı ilə müqayisə etməlidir. Belə olmazsa tədqiqatımız səthi və yarımçıq qalar. Bu sahədə avropalılar çox çalışmışlar və bir neçə nəzəriyyə vücuda gətirmişlər. Qısa olaraq bu nəzəriyyələri gözdən keçirək.
Birinci nəzəriyyə əsatiri, yaxud ari nəzəriyyəsidir. Bu nəzəriyyəni müdafiə edənlər: Qrimm, Kun, Şvarts, Maks Müller, Buslayev, Afanasyev, Potebnya və başqalarından ibarətdir. Bunlar tədqiqatlarını ari fikrinə mənsub xalqlar arasında aparırlar və bunların nəzərincə nağıl, əfsanə və epik mövzular əsatirdən doğmuşdur. Odur ki, nəzəriyyənin adı “əsatir, yaxud ari”dir. Bu nəzəriyyəcə ari irqi ibtidai vətənini tərk edərkən, özü ilə bərabər bir çox əsatir də aparmışdır.
Bu əsatirlərdə allahlar və qəhrəman sifətində təbiətdəki arizələr təmsil olunmuşdur. Ari irqi ayrı qövmlərə bölünərək, dünya üzünə yayıldıqdan sonra ibtidai vətənlərindən gətirdikləri əsatirləri təkamül yolu ilə inkişaf etdirərək nağıl və epik əfsanə şəklinə salmışlar.
Avropa və bəzi Asiya xalqlarının nağıl və əfsanələrinin biri – birinə bənzəməsini bu nəzəriyyə ilə izah edirlər.
Bu nəzəriyyə yolunda ilk müqtədir bir əsər vücuda gətirən alim Yakov Qrimm olmuşdur. Qrimm əsatirləri toplamış, sistemə salmışdır. Qrimmin təsəvvürüncə əsatir vasitəsilə ibtidai insanlar öz fikir və hisslərini ifadə etmişlər. Odur ki, əsatir lisan kimi xalq yaradıcılığının məhsuludur. Dillər müəyyən ailəyə mənsub olan kimi, əsatirlər də müəyyən qruplara ayrılır.
Əsatirin mənşə və inkişafına dair Qrimm bir şey söyləməmişdir. Lakin onun başladığı işin davamına şagirdləri Kun və Şvarts çalışmışlar. Hind-Avropa dillərinin tədqiqilə məşğul olan Kun lisaniyyətdəki
Dalınca
Baş verən hal, hadisələr
müqayisəli üsulu əsatir tədqiqində tətbiq etmişdir. İbtidai xalqlar arasında odun kəşfinə dair tədqiqat apararaq, vəhşilərin bir dəyirmi taxtanın və ya təkərin ortasını deşib bir ağac taxaraq fırladıqlarını və bu vasitə ilə od və qığılcım çıxardıqlarını anladır. Təbiətdə də ay və günəşin dəyirmi olduğunu görən vəhşilər, göydə də dairənin ortasını deşib ağactaxma üsulunun varlığına qane olmuşlar.
Məlum olduğu üzrə, qədim yunan əsatirində Prometey adlı birisi göydən od oğurladığı üçün Qaf dağında zəncirlənməyə məhkum olmuşdu. Prometey sözünü Kun sanskrit dilindəki “pramathuis” tələffüzü ilə rabitəli görür. Hindistanın ən qədim kitabı hesab olunan “Riq Veda”da təsadüf olunan “pramathuis” sözü “deşici” deməkdir. Zaman keçdikcə dairənin ortasını deşmə məfhumu qaib olmuşsa da, göydən yerə od gətirən Prometey adı qəhrəman sifətilə insanlar arasında qalmışdır.
Deməli, bu nəzəriyyəcə ibtidai insanlar fəzadakı arizələri həyatda təsadüf etdikləri hərəkətlərlə izah etmişlər.
Qrimmin o biri şagirdi Şvarts müəlliminin nəzəriyyəsini inkişaf etdirərək, ildırım kimi arizələrə əhəmiyyət verir. Bunları tədqiq edərək, əsatirdə iki dövr qeyd edir: biri ibtidai, biri yüksək. İbtidai əsatir əcdadın ruhlarını təqdis etməkdən ibarət imiş. Sonra bu əsatir inkişaf edərək qədim yunan tarixində gördüyümüz kimi yüksək bir şəkil almışdır.
Qədim əsatirlərdə işıq və qaranlıq, buludluq və günəş kimi bir-birinə zidd amillər olduğunu Şvarts ilk dəfə qeyd edir.
Kun və Şvarts fəzadakı arizələr ətrafında olan əsatirləri tədqiq etdikləri üçün bunların nəzəriyyəsinə “meteorik” nəzəriyyə deyilir. Bu nəzəriyyədən sonra “günəş nəzəriyyəsi” zühur edir ki, bu da günəşin ətrafında toplanan əsatirlərin tədqiqilə məşğul olmuşdur. Bu nəzəriyyənin müməssili məşhur lisaniyyətçi Maks Müllerdir.
Müller əsatiri öyrənmək üçün ibtidai insanların dilindəki xüsusiyyətlərə diqqət edir. Deyir ki, ibtidai insanlar bir şeyi bir sözlə deyil, əlamətlərilə adlandırardılar. Zatən bir şeyin bir çox əlamətləri olduğundan, ona bir çox adlar da qoşmuşlar. Məsələn: Günəş və ay ona qədər ad, sifət və istiarəyə malik idi. Zaman keçdikcə bu sifətlər ilk mənalarını qeyb etmiş, canlı bir məxluq təsəvvür olunaraq təbiətdəki arizələrin rümuzu ədd olunmuşdur. Məsələn: ibtidai insan günəşin batmasını belə ifadə edirmiş: “Parlaq istirahətə gedir”. Bilaxirə bu ifadədən bir əsatir doğmuşdur: “parlaq”ı canlı bir insan zənn etmişlər. Sonra, bir şeyin bir çox adı olduğundan və bir ad bir çox şeylərə verildiyindən bəzi şeylər bir neçə sifət daşımışdır. Məsələn: at və şüa, dəniz və göy, günəş və göz. Yəni bir söz həm at, həm şüa mənasını ifadə edir. Müəyyən ləfz dənizi və göyü andırır və i. a. Bilaxirə şüanı göyün atı, günəşi göyün gözü deyə təlqin etmək bundan irəli gəlmişdir.
Müllerin fikrincə bir sözlə bir neçə məna ifadə etmək dildə bir xəstəlik törətmiş və bu xəstəliyə də Müller əsatir adı verir.
Spenser, Teylor və Lebbok kimi antropoloqlar da bilaxirə bu nöqteyi- nəzəri müdafiə etmişlər. Spenser deyir: həyatımızda bir çox ifadələr işlədilir ki, bunlar bizim üçün müəyyən mənadan məhrumdur. Halbuki, vaxtı ilə bunların böyük əhəmiyyəti varmış. Məsələn: birisi asqıranda ətrafındakılar “ya allah, şükür” deyirlər. Bunun mənası bir çoxlarına bəlli deyil, halbuki, əsatirə görə bir adam asqıranda cin və şeytan kimi fəna qüvvələrdən xilas olur. Odur ki, ətrafındakılar şükür eləməklə onu təbrik edirlər.
Qədim zamanlarda belə müəyyən mənaya malik hərəkətlər bir çox xalqlar arasında görünməkdədir. Başqa-başqa xalqların müəyyən adətlərinin biri-birinə bənzəməsi ibtidai insanların eyni psixologiyaya malik olmaqlarından irəli gəlir. Odur ki, ibtidai etiqaddan ibarət olan əsatir bütün xalqlara aiddir, bir-birinin eynidir. Çünki əhval-ruhiyyə müəyyən dərəcəya çatdıqda müəyyən məhsul verir.
Teylorun təsəvvürüncə ibtidai psixologiya animizmə isnad edir, yəni insan öz fikrini, iradəsini, məzacını və bütün xislətlərini təbiətdəki arizələrdə görür. Vəhşilərin etiqadınca ay, günəş, ildırım və i. a. birər canlı məxluqdurlar və insani xislətlərə malikdirlər.
Teylor zatən maddi monizm tərəfdarıdır, onun fikrincə ibtidai insane yaşadığı mühitin, keçirdiyi təcrübələrin sayəsində təbiətdəki amilləri canlı tələqqi etməyə başlamışdır. Məsələn: ibtidai insan kölgəsini görərək özündən başqa bir ayrı adamın da yaşamasına etiqad edə bilirdi. Röya və sayıqlama kimi hallar da eyni etiqadı təlqin edirdi. Bu etiqaddan “dünya” və “axirət” məsələsi çıxaraq dinlərin əsasına vəz olunmuşdur. Qədim Misir və Meksikada hər bir insanın bir qarşılığı olduğuna inanılır və bir zaman biri-birinə qovuşacaqlarına etiqad olunurdu. Odur ki, insan öləndə onun bədənini balzame edər və bütün əşyası ilə mühafizə edərdilər. İslamiyyətin qiyamət əfsanəsi də bundan irəli gəlmirmi? Xalq zehnincə suri-İsrafil çalınacaq və hər bir qəbirdən qırx baş qalxacaq. Azərbaycanda ölünü dəfn edərkən, qoltuqlarının altına söyüd ağacından söykənəcək qoyurlar ki, sorğu zamanı yerindən qalxması asan olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-xalq-edebiyyatinin-tehlili
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
Ağ buxaqda qara xalÇağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*
Həkim– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
Dərdli ZüleyxaYarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Poems by other poets
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
بگشای ز رخ نقاب دیدارتا نگذرد از درت خریدار