Xalq ədəbiyyatının təhlili
Page 3 of 3 · 67%
Yunan ticarəti, fənni və sənəti hind mərkəzlərində rol oynardı və oralarda yunan təsiri zənn olunacaq dərəcələrdən daha çox idi. Memarlıq, sikkə zərbi, münəccimlik və teatr həyatı ilə yanaşı yunanlar Hindistanda Qərbin dastan, əfsanə və əsatirini, hətta dini xurafatı da yaymağa müvəffəq olmuşlar. Eyni münasibət nəticəsi olaraq Hindistanın bir çox maddi və mənəvi mədəni məhsulları Avropaya keçmişdir. Bunu demək olar ki, xristianlıqdan əvvəl Qərbin Şərqə təsiri çox idisə də, xristianlıq dövründən başlayaraq Şərq təsiri üstün gəlir”.
Benfey Şərqin Avropaya etdiyi təsirin başlanğıcını xristianlığın zühurundan on əsr əvvəllərdə görür.
Şərqin Qərbə təsiri Benfeyin qeyd etdiyi zamandan daha əvvəl olmalıdır. Təsirdə şübhəsiz ki, zərdüştiliyin rolu böyük olmuşdur. Mədəniyyət yayan, həyatın və yaradılışın əsasını mübarizədə görən bu din xristianlıqdan on-on beş əsr əvvəl Yaxın Şərqdə böyük bir mövqe qazanmışdı. Zərdüşti ruhaniləri möğlər Babildə, Kapadosyada zərdüştiliyi yaymağa çalışırdılar. Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu (xristianlığa bir əsr qalmış) zərdüştiliyə qapılmış və mitra (mehr) allahını mənimsəmişdi. Fransız alimi Huart “Qədim Iran” (Paris, 1925) adlı kitabında deyir: “Pompeydən başlayaraq Konstantin zamanlarına qədər mehrə pərəstiş etmək, romalılar, bilxassə əsgərlər arasında böyük mövqe qazanmışdı. Bu xristianlığa belə təhlükə təşkil edirdi”.
Beləliklə, iqtibas nəzəriyyəsinin nə qədər mühüm bir nəzəriyyə olduğunu bu qısa tədqiqatdan görmək mümkündür. Türk-tatar xalq
Cəmi möğandır. Möğlər qədim zamanlar Muğanda yaşamışlar. Bunu IX-X əsr ərəb
coğrafiyaşünasları da qeyd edirlər (müəllif)
ədəbiyyatının ayrı-ayrı nümunələrinin təhlili ilə məşğul olarkən iqtibas məsələsi daha da aydınlaşacaq. Indilik bununla iktifa edərək, bir neçə söz də tarixi nəzəriyyəyə dair söyləməliyik...
Tarixi nəzəriyyə xalq ədəbiyyatında tarixi və məişət izləri arayır. İlk əvvəl bu nəzəriyyəni meydana atanlardan biri rus alimlərindən Maykovdur. Bu alim Vladimir ətrafında toplanmış rus eposunu tədqiq etmişdir.
Tarixi nəzəriyyə bizcə, nisbi olaraq qəbul oluna bilər. Çünki tarixi bir simaya isnad edilən əfsanələrin çoxunun iqtibas olunduğunu gördük. Məsələn, bizlərdə Şah Abbas ətrafında bir çox nağıllar söylənilir. Halbuki, bu nağılların izini Şah Abbasdan çox irəlidəki zamanlarda görürük. Nağıl və əfsanələr kimi zaman və məkan tanımayan xalq ədəbi nümunələrinə ehtiyatla yanaşmalıyıq. Bunlarda müəyyən tarixi etiqadların izi görünə bilər. Lakin tarixi şəxsiyyətlərin qondarılması sünidir. Məsələn, Axsıxa türkləri nağıllarında Osmanlı sultanlarından və Istambuldan bəhs edirlər. Halbuki, məzmun etibarilə bu nağıllar bizlərdə və Iranda söylənənlərin eynidir.
Tarix və məişət izləri atalar sözlərində, bayatılarda, tapmacalarda, vəsfihallarda daha çoxdur. Bunlarda yenə müəyyən bir fikir zaman və məkana bağlanmış, hər kəs öz mühitinə görə uydurmuşdur.
Hər halda zikr etdiyimiz bütün nəzəriyyələr xalq ədəbiyyatının təhlilində lazım olacaqdır. Bunlardan hərəsinin öz mövqeyi vardır.
1929
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-xalq-edebiyyatinin-tehlili
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
Ağ buxaqda qara xalÇağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*
Həkim– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.
Dərdli ZüleyxaYarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!
Poems by other poets
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
بگشای ز رخ نقاب دیدارتا نگذرد از درت خریدار