Eşqi, məhəbbəti unudan xanım,Nə qəsd edib yara vurdun Əfqana.Əzəl özün dedin, gətirdim pənah,Sonra niyə kənar durdun Əfqana.

Siman hurilərin gülüş misalı,Camalın bir anda dindirər lalı,Ağlını başında görürəm xali,Hüsnünləmi kələk qurdun Əfqana?

Səninlə mən ilqar qatmaram inan,Xanə-xarablarda nə əhdi-peyman!Eşşəyə yaraşar o qulan,quşqanBaxan kimi tez qudurdun Əfqana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets