Qədir mövlam, aman vermə dumana,Buyurur dağları köç vədəsində.Yağış yağar al-qumaşlar islanarİncitmə gözəli köç vədəsində.

Üstündən yeriyir Qazax elləri,Dal gərdənə töküb siyah telləri.Gümüş kəmər, çox sıxırsan belləri,İncitmə gözəli köç vədəsində.

Gözəl, sənin o gözlərin piyala,Əfqanı salmısan yüz min xəyala,Açılıb kalağay, boynuna dola,İtirmə hayıfdır köç vədəsində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets