İnsan təbiətdən nə qədər uzaq düşüb...

Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:

– Meşədə göbələk çox idi?

– Hə.

Səhərdən bəri söhbətimizə fikir verməyən Humay «meşə» sözünü eşidəndə başını qaldırıb bizə baxır.

M ə n (Emilə göz vururam). Canavar, pələng görmədin?

E m i l. Yox, canavar, pələng yox, şir gördüm.

Humay gülür.

E m i l. Niyə gülürsən, Humay, inanmırsan?

H u m a y. Yox.

M ə n. Niyə?

H u m a y. Çünki burda şir olmur.

E m i l. Bəs şir harda olur?

H u m a y. Heyvanxanada!

7 sentyabr 1982.

Göygöl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets