Kukla, yoxsa Aysu?
Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var.
Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
Ata soruşdu:
– Bu kukla hardandı belə? Mən heç onu görməmişəm!..
Birdən... o gözəl kukla güldü:
– Ata, kukla deyiləm e, mənəm!
– Kim?
– Mənəm də!
– Axı, sən kimsən?
– Aysu!
Sən demə, bu kukla, doğrudan da, kukla deyilmiş, Aysu imiş...
Əl-üzünü yuyub, saçını darayıb, təmiz rahat geyib və buna görə də atası elə bilib ki, Aysu Aysu deyil, Aysu – kukladı...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-kukla-yoxsa-aysu
Use ← → keys to move, R for a random poem
More by this author
Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
IX fəsilCümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan Gülzar arvada:– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
X fəsilƏhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin