9. «Ölüm, ya ölüm?»
Page 4 of 4 · 75%
Və Keşlə həbsxanasındakı həmin gecə Xosrov müəllim Mir Cəfər Bağırovu yuxusunda gördü: Mir Cəfər Bağırovun sifəti bir zülmət içindən, elə bil ki, dərin, çox dərin bir quyunun dibindən çıxdı, sürətlə yaxınlaşdı və o sifət Xosrov müəllimin qarşısında dayandı. Xosrov müəllim bu sifətə baxdı, girdə çeşmək şüşələrinin arxasından ona zillənmiş o gözlərə baxdı və elə yuxunun içində Xosrov müəllimin bütün bədənini soyuq bir tər bürüdü, çünki Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin arxasından zillənmiş gözlərində on il bundan əvvəl Hadrutun dörd kilometrliyində yanan o tonqalın şöləsi var idi və o şölə taun saçırdı. Xosrov müəllim əllərini irəli tutub, üzünü kənara çevirib o taundan qorunmaq istəyirdi, qaçmaq istəyirdi, amma üzünü hara çevirirdisə də, əllərini nə qədər irəli uzadıb itələmək, özündən uzaqlaşdırmaq istəyirdisə də, girdə çeşmək şüşələrinin arxasından zillənmiş o gözlər ondan əl çəkmirdi, o gözlərin saçdığı taun qapqara mazut kimi Xosrov müəllimin sifətinə, yaxasına yayılırdı və bu zaman uzaqdan elə bil ki, diri-diri o tonqalda yanan altı yaşlı Cəfərin, dörd yaşlı Aslanın, iki yaşlı Azərin qışqırtısı eşidildi və o qışqırtını eşidən Şirin də tonqalda yana-yana canavar kimi uladı...
– Sən taunsan! Taunsan! Taunsan! Taunsan! Sən taunsan! – Xosrov müəllim o gecəyarısı Keşlə həbsxanasındakı o kamerada o Bir Nəfərin yaxasından yapışıb silkələyirdi və var gücü ilə bağırırdı, o Bir Nəfəri – Mir Cəfər Bağırovu didib dağıtmaq, parçalamaq istəyirdi: – Taun! Taun! Sən taunsan! Taun!
Beləcə qeyri-insani cığırtıyla yuxudan oyadılmış o Bir Nəfərin, elə bil ki, səsi batmışdı, bir söz deyə bilmirdi, yaxasını Xosrov müəllimin qaxac, taxta kimi qupquru əllərindən qurtara bilmirdi və az qalırdı boğulsun.
– Taun! Taun! Taun! – Xosrov müəllim dəli kimi qışqırırdı.
Yuxudan oyanıb özünü yetirmiş Şair, Xosrov müəllimi qucaqladı, Xosrov müəllimi kənara çəkməyə çalışdı, amma cavan Şairin buna gücü çatmırdı, Xosrov müəllim isə heç cürə özünə gələ bilmirdi və soyuq tər axan nazik boğazının damarları şişə-şişə həmin qeyri-insani səslə qışqırırdı:
– Taun!.. Taun!.. Taun!..
Xosrov müəllim Bir Nəfəri boğmaq, öldürmək istəyirdi, Şair onunla bacara bilmirdi, sonra Filosof, Redaktor köməyə gəldi və üçü bir yerdə Bir Nəfərin yaxasını Xosrov müəllimin əlindən aldı, Xosrov müəllimi çəkə-çəkə yerinə gətirdi.
Xosrov müəllim tövşüyürdü, ürəyi elə çırpınırdı, elə bil, doğrudan da, indicə sinəsini deşib çıxacaqdı və Xosrov müəllim yavaş-yavaş özünə gəlirdi. Yerindən necə qalxmışdı, o Bir Nəfəri Mir Cəfər Bağırov bilib üstünə necə getmişdi?– yadında deyildi...
Sonra kameraya sakitlik çökdü və o sakitlik içində birdən-birə o Bir Nəfər uşaq kimi hönkürə-hönkürə ağlamağa başladı.
– Bəs SİZ məndən nə istəyirsiniz? SİZ, SİZ axı, SİZ niyə məni incidirsiz?..
Sonra günlərin bir günündə yenə qapının qıfılı cingildədi, qapı yenə cırıldaya-cırıldaya açıldı, Xosrov müəllimin familiyasını çağırdılar və:
– Şeyləri götür, – dedilər, Xosrov müəllimi təxribatçılıqda təqsirləndirib ona on il həbs cəzası kəsdilər, Sibirə, Tomsk vilayətinin Kolpaşevo rayonuna, vaxtilə yoldaş Stalinin sürgün olunduğu Narıma göndərdilər.
İosif Vissarionoviç Stalin inqilabdan əvvəl Narımda sürgündə olmuşdu, indi isə İosif Vissarionoviç Stalinin tutduğu adamları Narıma göndərirdilər.
I. V. Stalini 1912-ci ilin yayında Peterburqda həbs edib iyulun axırlarında siyasi dustaq kimi «Kolpaşeve» gəmisi ilə Tomsk şəhərindən Narıma göndərmişdilər. O zaman Tomskda polis idarəsi «İosif Vissarionoviç Cuqaşvilinin 1912-ci il iyun ayının 8-dən etibarən, açıq polis nəzarəti altında 3 il müddətində Narıma sürgün edilməsi haqqında» yeni bir gizli iş açmışdı. Yoldaş Stalin kəndli Yakov Aqafonoviç Alekseyevin Poloy gölünün sahilindəki balaca taxta evində yaşadı və elə həmin il sentyabrın 1-də Tümenə gedən gəmi ilə Narımdan qaçdı.
Yoldaş Stalindən başqa da bir çox bolşeviklər Narımda sürgündə olmuşdular və yoldaş Stalin o bolşeviklərin köməyi ilə qaçmışdı. Ayrı-ayrı vaxtlarda inqilabi fəaliyyətlərinə görə II Nikolay polisinin Narıma sürgün etdiyi bolşeviklərdən 1898-ci ildən partiyanın üzvü, Lenin öləndən sonra altı il Sovet hökumətinə başçılıq etmiş Aleksey İvanoviç Rıkov, 1899-cu ildən partiyanın üzvü Aleksandr Vasilyeviç Şotman, yenə də 1899-cu ildən partiyanın üzvü Veniamin Davıdoviç Veqman, onlarla başqaları dəfələrlə Narımda sürgündən qaçmışdı, elə Narımın özündə inqilabi fəaliyyət göstərmişdi, Böyük Oktyabr inqilabının qələbəsindən sonra yüksək partiya və dövlət işlərində işləmiş və 1937-38-ci illərdə xalq düşməni, terrorçu və casus kimi güllələnmişdilər...
Xosrov müəllimin Narımda gördüyü ilk tanış adam Qırmızı Yaqub oldu; bu adam da siyasi dustaq idi. Qırmızı Yaqub qırx beş dərəcə şaxtada üz-gözünü bürümüş əsgi-üsgünün altından güclə eşidilən səsiylə:
– Dedilər ki, guya, mən buxarinçiyəm, məllim... – dedi. – Ancaq zalım uşağı, heç başa salmadılar ki, buxarinçi nə deməkdir... Buxarinçi nə eləyir?.. Nə eləyir ki, belinə 15 il basıb Sibirə göndərirlər?.. Eybi yox, uçitel, biz səninnən taun görmüşük, Sibir nədir ki, biz səninnən, məllim, tauna qalib gəlmişik...
Xosrov müəllim əsgi-üsgü ilə yumaq kimi qalın sarınmış əllərini əllərinə vura-vura yerində hərəkət edən Qırmızı Yaquba baxdı, heç nə demədi, sonra, elə bil ki, o uzaq Sibir torpağında, o buzun, şaxtanın içində Qırmızı Yaqubla yox, özü özü ilə danışdı:
– Yəni qalib dəldiz tauna?..
Bu sual sonralar da Xosrov müəllimin yadından çıxmırdı... O uzaq Sibir torpağında Xosrov müəllimin çox gözlənilməz görüşləri oldu, amma o gözlənilməz görüşlərdən ən unudulmazı 1947-ci ilin yay günlərindən birində Ob çayının (İosif Vissarionoviç Stalin 1912-ci ilin sentyabrında qayığa minib bu çayla sürgündən qaçmışdı) sahilində baş verdi: Xosrov müəllim Tümen vilayətindən gətirilən siyasi dustaqların arasında Məmmədağa Ələkbərovu gördü.
Bu adam heç arıqlamamışdı.
Məmmədağa Ələkbərov sürgündə ölən müsəlman dustaqların dəfnində mollalıq edirdi və belə bir xidmətə görə hər dustaq öz yemək payından kəsib Məmmədağa Ələkbərova verirdi.
Məmmədağa Ələkbərovdan daha ətir iyi gəlmirdi, amma nəsə başqa bir iy gəlirdi və Xosrov müəllim heç cürə müəyyən edə bilmirdi ki, bu nə iyidir...
Məmmədağa Ələkbərov Xosrov müəllimi tanıdımı, tanımadımı? – Xosrov müəllim bunu bilmədi və özü də bu barədə heç nə demədi və heç nə soruşmadı; amma hərdən Xosrov müəllimə elə gəlirdi ki, bu adamla Mir Cəfər Bağırov qətiyyən bir-birinə oxşamasalar da, xarici görkəm etibarilə və yəqin ki, xasiyyətcə də, şəxsiyyətlərinin miqyasına görə də başqa-başqa insan tipləri olsalar da, əslində, onlara, diqqətlə baxanda, əkiz qardaşlar kimi, bir-birilərinə bənzəyirdilər; hətta Xosrov müəllimə elə gəlirdi ki, Mir Cəfər Bağırov özünü gizlətməkdən ötrü dönüb Məmmədağa Ələkbərov olub... Bəs, Sibirə necə gəlib çıxıb?..
Xosrov müəllim bir küncdə oturub beləcə diqqətlə Məmmədağa Ələkbərova baxırdı, Məmmədağa Ələkbərovu müşahidə edirdi.
Qırmızı Yaqubu da o Ob çayının sahilində Məmmədağa Ələkbərov müsəlman qaydası ilə torpağa tapşırdı və başqa azərbaycanlı, tatar, özbək, çeçen, ləzgi, qazax, qabardin, balkar, qaraçay, inquş, tacik, qırğız dustaqlar kimi, Xosrov müəllim də öz yemək payının bir hissəsini ayırıb Məmmədağa Ələkbərova verdi.
Xosrov müəllim düz on yeddi ildən sonra, 1956-cı ilin payızında Bakıya qayıtdı, bəraət aldı, amma daha müəllimlik etmədi, qəzet köşkündə oturub qəzet-jurnal satmağa başladı.
Xosrov müəllim o qarlı qış günü tutulub gedəndən sonra Gülzar onunla əlaqə saxlamamışdı (yəqin ki, əlaqə saxlaya bilməmişdi...), gözlərini də yola dikib Xosrov müəllimi gözləməmişdi və bir nəfər dərbəndli sürücüyə ərə gedib Dərbəndə köçmüşdü. Bir dəfə – altmışıncı illərin ortalarında – Xosrov müəllim Bakıya gəlmiş Gülzarla görüşdü və az qala, otuz illik ayrılıqdan sonra o qısa görüş qoca bir arvadla qoca bir kişinin səmimi görüşü idi, elə bil ki, iki yaxın qohum görüşürdü və o qısa, səmimi görüşdən sonra bu iki nəfər bir də heç vaxt bir-birini görmədi, bir-birindən xəbəri olmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-9-olum-ya-olum
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
2. «Əzizimin cəfası» romanıElə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.
3. Əbdül QafarzadəƏbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.
4. Qanunla zarafat eləmək olmazMurad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.
Poems by other poets
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.