Vııı fəsil
İzabel Xanukoff artıq yeddinci il idi ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığında işləyirdi və kədərli təəssüratlarla dolu çətin işinin müqabilində aldığı maaşın qədrini bilirdi, amma bu dəfə, yəni həmin sentyabr günündən beş gün əvvəl Azərbaycana ezamiyyət sənədlərini və xərclərini alıb Ali Komissarlığın Cenevrədəki ofisindən çıxanda, ürəyindəki o Ziba nostalgiyası onu marketlərdən birinə apardı və Cenevrədə qiymətlərin çox baha olmasına baxmayaraq, İzabel Azərbaycanda hansısa bir azərbaycanlı qaçqın qadına bağışlamaq üçün, yəni kiçik və yaraşıqlı bir şəxsi hədiyyə etmək üçün bir şüşə fransız ətri aldı – «EMPREINTE» və onu hədiyyə kimi gözəl bağlatdırdı.
Əlbəttə, o qaçqın azərbaycanlı qadın bilməyəcəkdi ki, əslində, bu hədiyyə – bir vaxtlar Azərbaycanda yaşamış və Azərbaycan sevgisini özü ilə birlikdə Azərbaycandan min kilometrlərlə uzaq bir diyarda qəbrə aparmış Ziba Xanukova adlı bir qadının hədiyyəsidir, amma bunun nə dəxli var idi? Əsas məsələ o idi ki, Zibanın ruhu şad olacaqdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-qarabag-sikestesi-viii-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
9 iyul 1805-ci il. Şahbulaq. Abbas Mirzənin qərargahı.Abbas Mirzə hərbi məşvərət çağırmışdı.
İkinci hissə, 2727 iyul 1805-ci il. Qazax yaxınlığındakı Zəyəm kəndininətrafı.
İkinci hissə, 28Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.
İkinci hissə, 2928 yanvar 1806-cı il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov müşavirə çağırmışdı.
Poems by other poets
Yetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
Səadətnamə, 97نسبت فعل را به مظهر و سازکسب خوانند بر طریق مجاز
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir