İkinci hissə, 28
Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında dayanmışdı.
Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən bunun fərqində deyildi.
Gözlərini uzağa dikmiş Abbas Mirzə fikirli və qayğılı idi.
Bu vaxt onlara tərəf çapan bir atlı göründü.
Bu atlı Pirqulu xan idi.
Pirqulu xan çapıb Abbas Mirzənin qabağına gəldi və həyəcanla:
– Naibüssəltənə! Naibüssəltənə! Evimiz yıxıldı!– qışqırdı.– Kafirlər hücuma keçib. Bizimkilər qaçır. Gəldim ki, cənabınızı xəbərdar edim, sizi xilas edək, Naibüssəltənə! Amanın bir günüdü! Sizə xətər toxunmasın!
Abbas Mirzə:
– Pədər-süxtə!–qışqırdı və bir göz qırpımında yəhərin kənarından qamçısını çəkib Pirqulu xanı sifətindən qamçıladı.– Pədər-süxtə! Məni xilas edənə bax! İt oğlu, it! Zənən kimi qaçıb gəlib ki, Naibüssəltənəni xəbərdar etsin!.. İt oğlu, it!..
Abbas Mirzə Pirqulu xanı dəlicəsinə qamçılayırdı…
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-hokmdarin-taleyi-ikinci-hisse-28
Use ← → keys to move, R for a random poem
More by this author
Ayıca Aysunun ən birinci dostu idi.Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı.
Gilas qızAysunun adı Aysu idi, amma güllər, çiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar:– Gilas qız gəldi...
Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılıAysu çoxdan yuxudan durmuşdu, əl-üzünü yumuşdu, süd içmişdi, pendir-çörək yemişdi və indi də Fatma gəlinciyini durğuzub geyindirirdi.Yay gəlmişdi və Aysugil də neçə gün idi ki, yay istirahətində Bakıdan kəndə köçmüşdülər, kənddəki evlərində yaşayırdılar.
Kukla, yoxsa Aysu?Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var.Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
Poems by other poets
Qarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə