9 iyul 1805-ci il. Şahbulaq. Abbas Mirzənin qərargahı.

Abbas Mirzə hərbi məşvərət çağırmışdı.

– Kafir polkovnik Koryagin qaçdı, gördünüz ki? Şahbulağ kimi bir qalanı rəşadətli ordumuza təslim edib qaçdı. Ağayi-Pirqulu xan onları qıra-qıra təqib etdi. İndi Muxrat qəsrində gizləniblər, Koryagin kömək gözləyir. Ancaq onlara kömək gələnə qədər biz Muxratı da almalıyıq, sonra, bax, buradan,– Abbas Mirzə xəritədə Qazaxı göstərdi,– Qazaxdan böyük hücuma keçməliyik. Buradan başlayıb Dərbəndə kimi kafirləri qovmalıyıq. Qoşunlarımız kafir rusları qovduqca, xanlıqları da, Gürcüstanı da birdəfəlik məmləkətimizə birləşdirməliyik. Bəsdir, xanların nazı ilə oynadıq! Qibleyi-aləmin uca hakimiyyəti bu yerlərdə həmişəlik bərpa olunmalıdı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Küləyin, çinarın və qaranquş balasının hekayəti

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın.O çinar ağacının başı göylərə dəyirdi və bütün yer üzünə də eləcə yuxarıdan aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi.

3 min
Nigar, Yalçın və onların Dədəsi

Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.

3 min
Mən yaman qoçağam

Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:

2 min
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılı

Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...

4 min

Poems by other poets