Nigar, Yalçın və onların Dədəsi
Nigarın adı Nigar idi. Yalçının adı Yalçın idi.
Nigarın dörd yaşı vardı, Yalçının iki yaşı. Nigarın kuklası vardı, Yalçının tapançası. Nigar evcik-evcik oynayırdı, Yalçın top-top. Nigarın öz şarı vardı, Yalçının öz şarı. Nigarın öz şəkilli kitabı vardı, Yalçının öz şəkilli kitabı. Nigarın öz velosipedi vardı, Yalçının öz velosipedi.
Amma Dədələri bircə nəfər idi – həm Nigarın Dədəsi idi, həm də Yalçının Dədəsi idi.
Əslində Dədə Nigarın da, Yalçının da babası idi. Nigar hələ danışa bilməyəndə belə deyirdi:
– Də-də-də-də-də...
Babası da ona baxıb gülürdü:
– Baxın, görün Nigar necə danışır: – də-də-də-də-də...
Nigar deyirdi:
– Də-də-də-də-də...
Babası gülürdü:
– Də-də-də-də-də...
Nigar hər dəfə babasını görəndə «Də-də-də-də-də»... – dedi, axırda «Də-də...» - dedi. «Də-də», yəni ki, Dədə.
Nigar nə edirdisə, Yalçın da onu edirdi.
Nigar babasına Dədə dedi, Yalçın da babasına Dədə dedi.
Nigar istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. Yalçın da istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin.
İndi bəs nə olsun? Axı, Dədə bir nəfərdir...
Heç belə də iş olar?..
Bir gün Nigar soruşdu:
– Dədə, hara gedirsən?
Nigar nə soruşdusa, Yalçın da o saat onu soruşurdu:
– Dədə, hara gedirsən?
Dədə dedi:
– Gedirəm televizordakıların iş yerinə. Orada məni lentə çəkəcəklər, axşam televizorda danışacağam.
Nigar sevindi:
– Biz səni görəcəyik?
O saat Yalçın da sevindi:
– Biz səni görəcəyik?
Dədə dedi:
– Hə, axşam görəcəksiz...
Axşam Nigarla Yalçın eyvanda oturub kağızlarda şəkillər çəkirdilər. Axı, onların ikisi də rəssam idi!.. Ən yaxşı rəssam hansı idi? Elə ikisi də!.. Ancaq... ancaq Nigar öz kağızında nə çəkirdisə, Yalçın da öz kağızında onu çəkirdi... Birdən ataları onları çağırdı:
– Nigar, Yalçın, gəlin bura, Dədə televizorda danışır.
Nigarla Yalçın tez qaça-qaça otağa gəldi.
Nigarla Yalçının anası, bir də atası, bir də Dədə oturub televizora baxırdı. Televizorda... Dədə danışırdı.
Bu necə işdir?
Nigar bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan Dədəyə baxdı.
Yalçın da bir çay içə-içə televizora baxan Dədəyə baxdı, bir də televizorda danışan Dədəyə baxdı.
Doğrudan da bu necə işdi?.. Bay səni!..
İndi Nigarın da, Yalçının da iki Dədəsi vardı – bir Dədə çay içə-içə televizora baxırdı, o biri Dədə də televizorda danışırdı.
Nigar dedi:
– A-a-a!...
Yalçın da o saat dedi:
– A-a-a!..
Birdən Nigar dedi:
– Yalçın, Yalçın, bilirsən nə var?
Yalçın da tez istədi ki, desin: Nigar, Nigar, bilirsən nə var? Amma sonra başa düşdü ki, axı, belə olmaz... Dedi:
– Nə var?
Nigar dedi:
– Yalçın, qoy bu Dədə mənim olsun, televizordakı Dədə sənin olsun. Bu Dədə həmişə mənimlə oynasın. O Dədə həmişə səninlə oynasın. Yaxşı, Yalçın? Hə?
Yalçın Nigara baxdı, sonra otaqda çay içən Dədəyə baxdı, sonra televizorda danışan Dədəyə baxdı.
Nigar bir də soruşdu:
– Yaxşı, Yalçın?
Yalçın dedi:
– Yox, bu Dədə mənim olsun, o Dədə sənin olsun!
Necə oldu bu – televizorda danışan Dədə gülmədi, amma otaqda oturan Dədə güldü?
Sonra Nigarla Yalçının anası da güldü, atası da güldü.
Sonra Nigar onlara baxıb bərkdən güldü.
Sonra da Yalçın Nigara baxıb lap bərkdən güldü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-nigar-yalcin-ve-onlarin-dedesi
Use ← → keys to move, R for a random poem
More by this author
Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı.Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir.
İki Çal Papağın və bir Qara Kepkanın nağılıÇox şilaşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan savayı heç kəs yox idi, təkcə iki nəfər Çal Papaq var idi, bir nəfər də Qara Kepka və Qara Kepkanın da bir sevimli həyat yoldaşı var idi ki, adı Çadra xanım idi.Bu Çal Papaqlar elə Çal Papaqlar idi ki, hörmətləri dağ boyda – həm bu ətrafda yeganə Çal Papağıydılar, həm də ki, cəmi-aləm bunların arasındakı dostluqdan, mehribanlıqdan danışırdı, çünki bu dostluq, ayrı dostluq idi, söz ilə deyiləsi deyildi.
Gümüşü, narıncı, məxməri...Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm kişi həyətə düşdü, amma baxıb gördü ki, yenə çisəkləyir, özü də lap soyuqdur, təzədən artırmaya qalxıb müharibədənqalma şinelini ağ tuman-köynəyinin üstündən çiyninə saldı və sidq-ürəkdən əsnəyib hələ də üşüyə-üşüyə həyətin aşağı başına tərəf getdi.Bu il payız gec gəlmişdi, amma yaman gəlmişdi – dörd gün idi kənddə hava açılmırdı, elə hey xırda-xırda çisəkləyirdi. Birdəfəlik şıdırğı yağmırdı ki, adamın canı qurtarsın; bu gün də, deyəsən, elə belə olacaqdı.
Baladadaşın ilk məhəbbətiAbşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd yer üzündə bircə kənd idi, çünki gün möhkəmcə şığıyırdı, hamı da gizlənmişdi evində-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil, günün beləcə qızmarında bütün yer üzünün, kürreyi-ərzin tənhalığı idi.Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürahi salınmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları qoralamış meyvələrindən, qırmızı çiçəkli nar ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xırdaca ləpələri sahil qumlarına tərəf elə mülayim-mülayim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.
Poems by other poets
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
İstəkli nəvəm ÜlkərəBir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.