Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.Mən ulduzlar içində ona çoxdan vurğunam,Görününcə üzümə işıq səpər Ülkərim.İyulun əvvəliydi, ağarırdı dan yeri,Baxdım göyə, göründü, verdi xəbər Ülkərim:– Gözün aydın, bir nəvən oldu mənə bərabərBu xəbərlə qəlbimdən sildi kədər Ülkərim.Baxdım qızın üzünə, Ülkər qoydum adını,Yerdə, göydə doğmuşdu iki səhər Ülkərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets