Qıvırcıq saçının şux tellərindəÜlkər tək parlayıb axan, a gözlər!Dumanlı ömrümün boz çöllərindəŞimşək tək oynayıb çaxan, a gözlər!

O gözdə incə bir sirr var, bilinməz.O necə baxışdır, izi silinməz?Ah, ona heç bir göz qarşı gəlinməz.Nədəndir doymaz hər baxan, a gözlər!

O gözdə çox dərin bir ülviyyət var.İncə minyatürlük, uca sənət var.Həyat var, ziya var, həm hərarət var.Ruhumda bir çıraq yakan, a gözlər!

O gözü tanıram kiçik yaşından,Uzun kipriyindən, qələm qaşından,Görüncə vuruldum ürək başından,Bir gündə gəl etmə min qan, a gözlər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets