Sürür inəkləri Dadaş,Otarmağa yavaş-yavaş;Belində bağlama çörək,Yanında bir ala köpək.Basıb gözə papağını,Vurur yerə çomağını.Ara-sıra oxur, çalır,Sürü həvəslə otlayır:“ – Yaşıllanıb çəmən, çayır,Səfalanıb dərə, bayır.İnəklərim, ot otlayın,Sabaha süd hazırlayın!Sizi gözətləyir Fatı,Əlində badya, həm çatı”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets