Dörd pərdəli, bir şəkilli dram

İştirak edənlər

Xan
Mərcanxanım – xanın arvadı
Gövhərxanım – xanın qızı
Cəvahirxanım – Cümşüd xanın arvadı
Fatmaxanım – Cümşüd xanın bacısı
Balaoğlan – Xanın mehtəri
Əkbər
Atakişi

} – Xanın nökərləri

Səməndər
Telli – Səməndərin arvadı
Eloğlu
Anaxanım – Eloğlunun anası
Polad – Eloğlunun atası
Vətəni təmsil edən nurani qadın. Bəzi səhnələrdə qoca qarı
Zəhra – yoxsul qadın
Oğlan – Onun oğlu
Kovxa
FalçıTükəz
Zümrüd – Atakişinin qızı
Qəhrəman – Xanın çobanı
Kəndlilər və qonaqlar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V

Rəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.

19353 min
VI

Xasay küçə vərdişlərini yavaş-yavaş məktəbə gətirməyə başladı. Hər gün məktəbə əli, üzü, üstü-başı çirkli gəlirdi. Müəllimlər və yoldaşları ilə rəftarı büsbütün dəyişmişdi. Yoldaşlarını təhqir edir, müəllimlərin sözlərinə əhəmiyyət verməyib dərslərinə əsla çalışmırdı. Kamil müəllim bunları gördükcə, eşitdikcə kədərlənir, sinifdə hər xüsusda birincilik qazanmış olan Xasayın birdən-birə bu qədər dəyişməsinin səbəblərini axtarır və ona qarşı çarə və tədbirlər düşünürdü.Bir gün Xasay öz sinif yoldaşı və qonşusu Mürsəllə vuruşarkən köhnə müəllimlərdən Mirzə Rəhim onun qolundan çəkə-çəkə tutub bir baş müəllimlər otağına gətirdi. İçəri girincə üzünü müdirə çevirib titrək və əsəbi bir səslə bağırdı:

19357 min
VII

Rəcəb Xasaya getdikcə daha çox təsir etməyə çalışırdı. Bir gün Xasay əlində dəyənək bağçanın taxta hasarlığına çırpa-çırpa qaçırdı. Rəcəb bir siçanın quyruğundan tutub gülə-gülə:– Xasay, bura bax, bura bax, siçan tutmuşam – deyə onu çağırdı.

19352 min
VIII

Xasay gecə-gündüz küçələri ölçürdü. O indi Rəcəbin əlaltısı olmuşdu. Qələbəlik yerlərə soxulur, onun-bunun cibinə girirdi. Çox vaxt pivə satılan budkaların qarşısında əlində bir torba bişmiş noxud adamların içinə soxulur və paltarın üstündən cibləri axtarırdı. Birinin cibində pul olduğunu görüncə Rəcəbə göz-qaşla anladır, Rəcəb bir bəhanə ilə ona yanaşır, qolunu yuxarı qaldırıb o adamın şapkasını qolu ilə bərk aşağı basırdı. O adam Rəcəbin qolunun altından çıxmağa və şapkasını düzəltməyə çalışırkən Xasay fürsətdən istifadə edib tez onun cibinə girirdi. Xasay hər zaman müvəffəq ola bilmirdi. Çox vaxt adamlar xəbər tutur, onu döyür, söyürdülər. Bu acıların hamısını duyduğu halda, o yenə də bu çirkin işdən əl çəkmək istəmirdi.Rəcəbin Xasaydan əvvəl Həsən adlı bir əlaltısı da var idi. Həsən ağır və tənbəl bir uşaq idi. Oxumaq və işləməkdən qaçırdı. Ona görə də Rəcəblə yoldaş olmuşdu. Xasaydan sonra Rəcəbin ona bir o qədər ehtiyacı yox idi. Bununla belə çox vaxt hər ikisini yanına salıb ova çıxırdı.

19354 min

Poems by other poets