Deyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.Bir gün yaxalasam onu, ayrılmazdım ölüncə.Ruhum titrər başqalarda o afəti görüncə.Bilsəm harda, qovuşmaqçın dağ, dənizlər aşardım,Hətta qorxunc, ölüm üzlü qütblərə qoşardım.Sürünərək ilan kimi sarılardım boynuna.Gülə qonmuş bir şeh kimi atılardım qoynuna.Artıq həyat nədir, anlar, məsud yaşardım bir az.– Ey gənc qız, dur! Bəxtiyarlıq uzaqlarda aranmaz!Onu get öz evində tap, axtar doğma yurdunda.Çalış, çalış, əmək sərf et səadətin uğrunda.O da səhər günəşilə şux üzünə gülümsər.O səmimi bir dost kimi sənə anladır nələr:“Ay qız, mənə sarıl, – deyir, – yaşayaq gəl birlikdə.İncəliklər anladım ta bu saf, sadə dirlikdə.Bax bir yanda tarla, dəzgah, əməkdən damlayan tər,Bir yanda həm şən ailə, çocuq, ana, şux səslər”.– Yox, yox, bunlar bir misaldır, mənim həyat haqqındaNəzərim lap bam-başqadır, bu fikrindən saqın da!Mən istərəm xülya kimi keçsin bütün günlərim,Bir adilik duyulunca asi olur, inlərim.Həyat nədir? Bir qayəsiz xülya, röya... o məncə.Vur patlasın, çal oynasın, hər gün, hər an əyləncə.– Həyat xülya deyil, quzum, o şüurlu adımlaBir qayəyə doğru yürür, onu izlər daima.Yaşamaq, həm yaşatmaqdır...– Bu fikir çoxdan bəlli.O şüursuz bir qayədir, qayəsiz bir təsəlli...Doğru, həyat yaşatmaqdır, fəqət yalnız özünü,Hər gün təzə libas geyib bəzəmək üz-gözünü.Sadəlikdən heç xoşlanmam, adilikdən zövq almam,Başqalıqdan həzz alıram, əyyaşlıqdan yorulmam.Mən istərəm böyük, kiçik yalnız məni dinləsin.Mənə baxsın, məni sevsin, mənim üçün inləsin.Mən də zövq aləminə, eyşə, qürura dalım.Doya-doya ömür sürüb ondan şirin kam alım.– Nifrət, sənin gənc ömrünə ağı qatan əllərə!Nifrət, sənin saf ruhunu bulandıran dillərə!Nifrət, nifrət, qadınlığın o uğursuz qurduna!Yazıq olsun insanlığın pəri görməz yurduna!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cümənin qəzəbi

Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”

19123 min
Oyunçu bağalar

Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?

193421 min
Kələkbaz Albert

Lerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.

16 min
Kiçik qəhrəman

Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:

19425 min

Poems by other poets