Qadın, ey böyük insan, parla yüksək adınla!Bizim yeni quruluş yüksələcək qadınla!Köhnə, çürük cəmiyyət xor baxardı qadına,Yaraşmırdı o təhqir onun yüksək adına.Alın təri tökərək çıxmamışdı araya,Girməmişdi əməkdə erkəklə bir sıraya.Uçurumlu həyatın eniş-yoxuş yollarıTitrədirdi o gücsüz ayaqları, qolları.Qadınlığın önündə bu gün geniş bir yol var.Erkəklə bir sırada o çalışar, çapalar.Uçurumlar adlayan, ey möhtərəm qadın, sənƏməyinlə yüksəlmək bu gün haqqın, vəzifən!Sən varlığınla sarıl biliyə və zəhmətə,Vücudun və qolların dolsun sağlam qüvvətə.İşlə, çalış, qur, yarat, parlat yeni mühiti.Göstər sən də paslanmış istedadı, qüdrəti.Çalış, çırpın, qanad çal bu kollektiv həyatda,Sən də göstər özünü bu yeni kainatda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm

Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!

Ghazal1 min
Ahu baxışlı bir qız

Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.

Ghazal19043 min
Dursun

Kiçik və yoxsul daxmasının səkisi üzərində orta boylu, sağlam, yaşlı bir adam oturmuşdu. İri dəri papağını qaşlarının üstünə çəkərək düşünürdü. Ətrafı dərin cizgilərlə dolu kiçik, parlaq gözlərində, qarışıq boz bığları altındakı iri, qalın dodaqlarında, uzun ətli üzündə sevinc qığılcımları oynaşırdı; çünki bir az əvvəl bostandan ilk bəhrə olaraq iki araba qovun-qarpız dərib hazırlamışdı. Verdiyi vədəyə görə bu gün ortağı yaylaqdan gələcək, bu qovun-qarpızları şəhərə aparıb satdıqdan sonra o, yaylağa gedəcəkdi. Onu ən çox sevindirən yaylaq məsələsi idi. Orada Güllü ilə görüşəcək, dəli təbiətin şən qucağında onunla bərabər yaşayacaq idi. O birdən-birə başını qaldırdı. Alnının tərini arxalığının tərsi ilə silərək, məmnun olmadığını göstərən bir səslə öz-özünə söyləməyə başladı:– Of, istidən bişdik; bu yaramaz oğlu yaramaz da gəlib çıxmır ki... Gəlsəydi, mən də bir beş-on günlüyə yaylağa gedib, Güllümə qovuşardım, – dedi.

34 min
İki müztərib yaxud əzab və vicdan

Sevgili Rəmziyyəm!Həştərxana vüsulunuzda yazdığınız məktuba ancaq cavab yaza bildim. Əfv ediniz, həmşirəciyim, sizin müfariqətiniz bilsəniz məni ruhən nə qədər mütəəssir etmiş. Yeganə həmdərdim idin. İndi isə yalqızam. Bir tərəfdən sizin atəşi-müfariqətiniz, o biri tərəfdən daha bu günlərdə zühur edən bir hadisə, məni bir əzabi-əlim içində buraxmış.

190549 min

Poems by other poets