Böyük sənətkara
Böyük ədibimiz Mirzə Fətəli Axundovun yubileyi münasibətilə
Hörmət sənə, böyük şair,Hörmət açdığın yola!Hörmət sənət sahəsindəGüllər saçdığın yola!
Sənin nadir istedadınSəhnəmizi yaratdı.Acı, kəskin gülüşlərinHəqiqəti parlatdı.
Yeni, canlı sənətimizSəndən ruh aldı yalnız.Hörmət sənə, böyük şair,Hörmət, ey parlaq ulduz!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-boyuk-senetkara
Use ← → keys to move, R for a random poem
More by this author
Əməkçi qadınlara
Qadın, ey böyük insan, parla yüksək adınla!Bizim yeni quruluş yüksələcək qadınla!
GənclərəQızıl əsrin övladı, sən əsrlər aşaraq,Eniş-yoxuş yollarda sellər kimi coşaraq,
Üç lövhəISıtmalı təbiət inlərdi yorğun,
Gənc müəllimlərəPedaqoji texnikumun on illiyi münasibətilə*– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!