Ciqqeyi-hüsnümü başımda bu gün yan edəcəm!Minəcəm naz atına, ərsədə cövlan edəcəm!

Gələcəm daim o tavus kimi cilvəyə mən,Turacı, kəkliyi rəftarıma heyran edəcəm!

Tiri-müjganları bir-bir qoyacam peykanə,Əl atıb xəncəri-bu hüsnümü üryan edəcəm!

Verəcəm hüsnüm ara qaş ilə bu çeşmə təkanZülfi-mişkinimi rüxsarə pərişan edəcəm!

Beydəqi-hüsnü ucaldıb fələkül-əflakə,Qoyacam hər yerə pa, xak ilə yeksan edəcəm!

Qatacam bir-birinə büsbütün aşiqlərimi,Xuni-gülgün ilə bu aləmi ümman edəcəm!

Yolun üstündə sala canını səccadə mənə,Bütün aşiqlərə bu barədə fərman edəcəm!

Maqta — the closing couplet bearing the poet’s pen name. Qarşıma çıxsa mənim Şaiqi-dilxəstəvü zar,Çevirib başıma ol xəstəni qurban edəcəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love