Dan yeri sökülür, hər tərəf rəngin
Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.Saçıldı çöllərə min rəng, min boya,Sonalar göllərdə baş vurdu suya.Şehlərdə yuyundu hər ot, hər çiçək,Qönçənin üzündən açıldı örpək.Tel, birçək ayırdı nərgiz, bənövşə,Təbiət özü də dondu bu işə.Gül gülü çağırdı, bülbül bülbülü,Saraltdı bu sövda dərdi sünbülü.Fəzanı həm günəş, həm bulud almış,Yolları sulayır, günəşli yağış.Uzaqda ildırım şığıyır tək-tək,Göyün saf köksündə oynayır şimşək.Meşələr bürünmüş əlvan qumaşa,Saçaqlı fındıqlar vurmuş baş-başa.Çinara dırmanmış vəhşi meynələr,Qaralmış göyəmlər, deyir məni dər.Zoğallı dərələr bəzənmiş əlvan,Boynuna taxmışdır yaqut və mərcan.Bu bahar çağında gözəldir səhər,Al-əlvan rənglərlə göyə gülümsər...Səni çox sevirəm, ancaq, ey bahar,Səndən də sevimli bir sevgilim var.O da öz elimdir, bir də Vətənim.Qəlbimin özəyi bunlardır mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-dan-yeri-sokulur-her-teref-rengin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
O cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.