Yeni ailələrə
Hər oğlan ki evlənir, hər qız ki gedir ərə,Xoşbəxtlik istəyirsə, bunu alsın nəzərə:Yaşadığı ev-eşik bir parçadır vətəndən!Vətənini sevəmməz, öz evini sevməyən!Çünki evdir hər kəsin doğma ana beşiyi.Orda doğur, böyüyür, görür hər bir şənliyi.Orda sevir, sevişir, toy edir, qurur gərdək,Oğlu, qızı dil açır, “ata, ana” deyərək.Evinə hər gələndə qaçıb üstünə uşaq,İki kiçik əliylə onu qucaqlayaraq:“Atam gəldi” deyərkən əsil, həqiqi ata,Ucalır bir dağ kimi, qiymət verir həyata.Qocalığı, gəncliyi bu ev içində keçir.Həyatın şərbətindən doya-doya hey içir.Bir də böyük anadır bizə şanlı ölkəmiz,Onun isti qoynunda böyüdük, bəsləndik biz.Yaşadığım ev-eşik bir parçadır vətəndən!Vətənini sevəmməz öz evini sevməyən!Yanılır xoşbəxtliyi uzaqda axtaranlar.Sadiq insanlar onu ailəsində tapar.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-yeni-ailelere
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Bakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.