Altı gündə xəlq eylədiAləmi sübhanı mərd;Aya, Günə qərar qoyub,Dolanır dünyanı mərd.Məhəmməd şəninə endiDoxsan min kəlmə tamam;Osman yazdı, cəm eylədiOtuz cüz Quranı mərd.

İbrahimi-XəlilullahƏhd-peyman eylədi;Çıxartdı Mina dağına,Oğlun qurban eylədi;Həcər yandı, nalə çəkdi,Ahü fəğan eylədi;Barilahim kərəm qıldı,Göndərdi qurbanı mərd.

Ələsgər adın qurbanı,Ya Məhəmməd Mustafa!Şəninə ayə xətm oldu,"Həl-əta"san, qul kəfa.Dinini aşkar eylədi,Münkirə verdi cəfa;Qılıncı mərd, qüvvəti mərd,Atı mərd, meydanı mərd.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets