Füzuli
"...Fələklər yandı ahimdən..."Füzuli
Dünya səni qocaltdı yaşıdın olsun deyəGömüldü dərdin yerə, ucaldı ahın göyə.Dərdə şərik - dərd özü, sükut - suala cavab.Qranit dağlar belə, gətirməzdi buna tab.Füzuli, o nə dövran!.. – Görsələr yanır insanYanana od verdilər.
Füzuli, o nə kədər!Görsələr donur insan,Donana buz verdilər...Füzuli, o nə qədər? –Görsələr batır insan,Batana dəryalarıbirdən bəxş elədilər,Dünya səni qocaltdı,Qocaldın dünya kimi,Könlün kədərlə dolu -çalxanan dərya kimi.Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.Ey böyük ustad,heyhat,Ürəyində o ada, şöhrətə yer vardımı?Min bir kədər əlindənorda yer qalardımı?Gəldi cavan bir qızınvədəsiz məhəbbəti,Könlündə dərd əlindənbu eşqə yer vardımı?Bəzən də xanəndənincilvələndi sənəti,Qəzəllərindən ayrıqəzəl oxunardımı?Doğma sözlərinə dəqəlbində yer vardımı?Dünya səni qocaltdı -cavan görünsün deyə,Yanğınlar tüstüsütəkahın ucaldı göyə.Sən od tutub alışdın.Bu odu qoca Şərqinhər yerindən gördülər -gördü bu doğma yerin.Bütün bu gen dünyanıngözləri göydə qaldı.
Göy də şəfəqlər saçanahına baxdı, daldı.Dedilər ki, fələkləryaratmışdır bu odu,Fəqət bu oda yananfələklər özü oldu.Baxıram ucalardangəlir Füzuli səsi.Görünür ucalardaonun nurlu izləri.O ulduzlarFüzuli yanğısının közləri,O Günəşdə Füzuli odunun nişanəsi.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-fuzuli
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Təbriz gözəlinəAnır xəyalını könlüm, gözəl mələk, hər yaz,Qırıq qanadlı göyərçintək eləyib pərvaz.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd