Söz haqqında
1
Neçə gündür yazmamışam,
Sözlər qaçıb dağa-düzə.
Baxımsızlıq olan zaman
Söz özü də baxmır sözə.
2
Ən möhkəm körpü sözdür,
Sal dənizin üstündən.
Çirkab çayı –
Paxıllıq dalğalı
Qeybətin üstündən,
Küdurətin üstündən.
Çək onu eldən-elə,
Ölkədən-ölkəyə,
Ondan millətlər keçsin.
Məmləkətlər keçsin.
Saxlar,
uçulmaz,
dağılmaz
Günəş könüllü söz,
Məhəbbət özüllü söz.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-soz-haqqinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey səba, yarə de kim, avarə gördüm Vaqifi,Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Sona çatan əsrimizin mən sonuncu şairiyəmMən söz ilə görünərəm, ayrı donda görünmərəm,Onun,bunun ətəyində sürünmərəm.
Ya ƏliBey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.