Salam Kür! Salam Kür! Baba ocağı,Dağıtdın könlümün hər möhnətini.Bir dəfə öpməklə burda torpağıDuymazsan dünyanın səadətini.

Burda ağ qovağın budaqlarınıKim belə naşıtək əhəngləyibdir?Sıxdım gövdəsinə dodaqlarımı,Mənim kənd həsrətim onu əyibdir.

Burda çöl ceyranlı, səma durnalı,Yulğunlar ucalıb, meşələnibdir.Burda sürü izi, orda at nalı,Ətəkdə turaclar eşələnibdir.

Torağay torpağı ayaqlarıylaÇörək üzü kimi naxışlayıbdır.Təbiət rəngləri çalarlarıylaBizim kəndimizə bağışlayıbdır.

Burda təbiət də insanlaşıbdır,İnsanlar Kür kimi qaynar, saf, dərin.Burda kişi tapmaq asanlaşıbdır,Bu da bəhrəsidir işin, hünərin.

Burda igidlər var aslan biləkli,Halal zəhmətiylə ucalıb başı.Burda kişilər var üzü çörəkli,Əl vursa qızıla döndərər daşı.

Barda oğullar var qız ismətlidir,Burda qızlar da var oğul kimi mərd.Analar lap Muğan təbiətlidir —Yaz kimi mülayim, payız kimi sərt.

Həyətlər həsrətdir burda çəpərə,Qonaqsız bir süfrə çətin tapılar,Yada, dost-tanışa, yol gedənlərəTaybatay açıqdır bütün qapılar.

Bir nemət dadmasan burda günahdır,Zəhmət ətri gəlir hər tikəsindən,Deyəsən, oxuyan aşıq Pənahdır,Tanıdım sazının cingiltisindən.

Başına döndüyüm Kürün qırağı,Dağıtdın könlümün hər möhnətini,Bir dəfə öpməklə burda torpağıDuymazsan dünyanın səadətini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets