Mənim təpələrə yazığım gəlir,Donqara dönüblər yerin belində,Dağlar ulduzlara qədər yüksəlir,Təpələr qalıbdır təpəliyində.

Dağlar meydan açır od şimşəklərə,Günəş ilk nurunu dağa səpələr.Təpələr bənzəyir göbələklərə,Boyundan uzağı görmür təpələr.

Qəlbində ucalmaq həsrəti olanTəpənin dərdini çox yaxşı bilir.İçində qovrulmaq yamandır, yaman!Mənim təpələrə yazığım gəlir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets