Dərinlik
Yadımdadır həyətimiz, o daş hovuz,Yay gələndəKönlümüzə sirdaş hovuz,Saysız uşaq oyunundan yorulardıq,Od ələyən gün altında qovrulardıq.Deyərdik ki,İndi bir az sərinləyək.Ördək kimiBaş vurardıq dərinliyə.Gözümüzdə ən sərin su –Bu hovuzdu,Gözümüzdə ən dərin su –Bu hovuzdu.Biz böyüdük...Dar göründü hovuz bizə,Burulğanlı Kürü keçdik üzə-üzə.Çaylar gördükVolqa kimi, Araz kimi,Göy Xəzərdə əl-qol atdıq qəvvas kimi.Okeanlar keçib getdik dərin-dərinİtdi gözdən izi-tozu sahillərin.Hara üzsək
Oldu bizə sirdaş hovuz,Göy səmanı əks eləyəno daş hovuz.O hovuzda açılmışdı əl-qolumuz,O hovuzdan başlamışdı su yolumuz.Təlatümlü ilk dünyamız o hovuzdu.Dərinliyin ilk sirrini bizə açanDördkünc hovuz –dərin dəniz,çay,okean.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-derinlik
Use ← → keys to move, R for a random poem
More by this author
İnsan çöhrəsinə rəng də, boya daGərək təbiətin özündən keçə.
Payızda boz sulara durub fikir verəsənPayızda boz sulara durub fikir verəsən,Kür öz sahillərilə nə danışır görəsən?!
Mən baxıram bayaqdanMən baxıram bayaqdanSaralan yarpaqlara.
Azad dustaqBir sıra kapitalist ölkələrinin başçıları güllə keçməyən xüsusi şüşələrlə qorunmuş tribunalarda əyləşir, onların iqamətgahı tanklarla və zirehli transpartyorlarla qorunur.*Qəzetlərdən*
Poems by other poets
Sevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,