İkinci hissə, on beşinci fəsil
Page 2 of 2 · 50%
– Hə? — deyə Əbdül qaşlarını dartıb alnının ortasına qoydu,
– maraqlıdır. Niyə axı, Heyran?
– Yoxsa... xətrinə dəymişəm?
– Kim? Sən? Yox, yox, Allah səndən razı olsun, ağa. Mən səndən çox razıyam — Allah imanını kamil eləsin. Mən, sadəcə olaraq, söz vermişdim ki, sənin yanına gəlməyəcəyəm!
– Kimə? Cabbara?
Heyran yalnız indi başa düşdü ki, ağzı qızışıb, sirrini verir!
Ani olaraq susdu, fikirləşdi, Cabbarın səsini yenə eşitdi, «deyim deməyim» arasında çırpınarkən Əbdül sualını təkrar elədi:
– Kimə söz vermişdin? Cabbara?
– Həm hə, həm yox.
– Başa düşmədim. Necə yəni həm «hə», həm «yox?» Heyran əri ilə arasında olan son söz-söhbəti gizləməyi nə üçünsə artıq mənasız sayıb əhvalatı Əbdülə söylədi. Bu Əbdül üçün tamamilə gözlənilməz idi. Əbdül birinci dəfə də, ikinci dəfə də Heyrana — Dünyanın doğma bacısına pul verərkən də, onları burada yaşamağa dəvət edərkən də əsla başqa bir şey fikirləşməmişdi. Bacısının sandıqda, şkafda qalan pal-tarlarını da Heyrana geyindirərkən ağlına heç nə gətirməmişdi. Sadəcə olaraq Heyrana da, onun xəstə ərinə də yazığı gəlmişdi, onları kasıb, çarəsiz adam hesab eləyib köməklik eləmişdi. Kimdənsə, haçansa eşitdiyi «Əl tutmaq Əlidən qalıb!» kəlamı onun beyninə həkk olunmuşdu əvvəldən. Bəxti belə gətirmişdi ki, özü uzun illər ələbaxan olmuşdu, kimsənin karına gəlmək haqqında belə düşünə bilməmişdi. Ağası öz ölümü ilə onu — qatilimi, xilaskarımı, dostumu, düşmənimi— bunu hələ də ayırd eləyə bilmirdi — olan Əbdülü var-dövlət sahibi eləyəndən sonra qapısını açan ehtiyac içində çapalayan bu kiçik ailəyə yardım əli uzatmaq, dayaq olmaq istəmişdi. Vəssalam. Amma gör o, Cabbar.... bunu necə başa düşüb, necə qiymətləndirib?! Heyranın o cür təriflədiyi Cabbar gör neçə də qəlbiqara imiş! Əbdül düşündü ki, insan iiyə belədir, ilahi? Bu sualından özü də səksəndi, çünki hiss elədi ki, hardasa, haçansa özü də belə qəlbiqaralıq eləyib! Sonra, Nəcməddin dünyadan köçəndən xeyli keçmiş əlinə düşən, lent yazılarını — Dünya ilə kürən oğlanın telefon danışığını xatırlayıb: «Mən səhv etməmişdim, mənim şübhəmə əsas vardı. Amma Cabbarın nə əsası vardı? Bəs pul, paltar?» Əbdül yenə dolaşıq-çalpaşıq sualların qarşısında aciz olduğunu anlayıb o fikirləri başından, ürəyindən qovmağa çalışdı.
– İndi başa düşdünmü, ağa, həm «hə», həm «yox» nə deməkdi?
Əbdül öz daxili aləminə qapıldığından Heyranın hekayətini qırıq-qırıq dinləmişdi, ona görə fikir zənciri qırılmışdı. Küt, key baxışlarından Heyran anladı ki, o, tamam başa düşməyib. Dedi:
– Mən sənin yanına getməyəcəyəm deyəndə artıq Cabbar ölmüşdü. Mən onun ruhuna söz vermişdim. Buna görə «hə!» deyirəm. Ona görə «yox» ki, onda Cabbar yox idi, ağa. Mən özümə söz vermişdim. İndi başa düşdün, ağa?
– Bəli, bəli. Anladım. Sən də qəribə adam imişsən.
Belə dedi Əbdül və elə o an da bir daha, səssiz-səmirsiz, dəlilsiz-subutsuz inandı ki, Heyran həqiqətən Dünya xanımın bacısıdır. O da Heyran kimi ziddiyyətli idi, təzadlar aləmində çırpınırdı, gah Nəcməddinə mehriban idi, sadiq idi, gah da ondan zəhləsi gedirdi — belə hallarda Əbdül də yerini dəyişirdi Dünyanın gözündə.
Nəcməddinə sığınanda Əbdül yaddan çıxırdı, ölürdü. Əbdülə qısılanda isə o boyda Nəcməddin əski parçası kimi bir şey olurdu. Cabbar birgə yaşadıqları illər boyu Heyran üçün yaxşı olmuşdu, əziz olmuşdu. Amma lap axırda, son dəqiqələrində dəli bir qısqanclıq üzündən (bu hiss Əbdülə yaxşı tanış idi) hər şeyi vurub dağıtmışdı, Heyranın təmiz qəlbini yaralamışdı və buna görə də onun gözündən düşmüşdü.
– Mən ona sübut eləmək istəyirdim ki, sən səhv edirsən, Əbdül elə adam deyil. Və bura gəlməməyə söz verəndə də ancaq bunu düşünmüşdüm ki, necə olur-olsun, axıracan sənin yanına getməyəcəyəm, acından öləcəyəm, dilənəcəyəm, amma sübut eləyəcəyəm ki, o, səhv eləyirdi.
Əbdül Heyranın bu qəribə sözlərini dinləyirdi, ancaq çaş-baş qalmışdı:
– Yaxşı, sən bunu ölüyə necə sübut eləyəcəkdin axı?
– Ölüyə? Bəs sən bilmirsən insanın bədəni ölür, amma ruhu yaşayır. Ruh ölmür. Hər cümə axşamı ruh öz evinə gəlir. Bax, onda gələndə görəcəkdi ki, mən burdayam, mən acam-susuzam, odunsuzpaltarsız qalmışam, amma sənin yanına getməmişəm. Bax, onda inanacaqdı ki, səhv eləyib. Mənim ürəyimi nahaqdan sındırıb. Bax belə, ağa.
– Onda səndən üzr istəyəcəkdi?
– Əlbəttə.
– Necə, axı? Ölü...
– Yuxuma kirəcəkdi, «məni bağışla!» — deyəcəkdi.
– Heç o vaxtdan yuxuna girib Cabbar?
– Yox! — o, ah çəkdi və astadan yenə təkrar elədi: —Yox!
Əbdül qadının bu qəribə mühakimələrinə diqtətlə qulaq asır, onun mərhum ərinə qəlbən necə vurulduğunu, Cabbara sədaqətli, vəfalı arvad olduğunu bu sözlərdən aydın hiss edirdi. Cabbar bu dünyadan şübhə içində köçüb getsə də, xoşbəxt ər idi Əbdülün nəzərində. Heyran, məlum idi ki, ömrünü ehtiyac içində keçirmişdi, uşaqları da olmamışdı, beş il sərasər yorğan-döşək bimarı olan Cabbara sədaqətlə arvadlıq eləmişdi, özü ac qalıb ona yedirtmişdi; bu, hər hansı bir qadın üçün indiki zamanada böyük fədakarlıq idi.
Halbuki, o, gözəl idi, cavan idi; şübhəsiz, şəhərin, məhəllənin acgöz kişiləri, Ətiqullanın özü ona tamah salmamış deyildi. O isə əyilməmişdi, bir tikə çörək üçün kimsənin ağuşuna atılmamışdı. Əbdül Heyranın bu xüsusiyyətini çox yüksək qiymətləndirir, arada doğma bacısı Dünya xanım ilə müqayisə edir, bütün bildiklərindən, gördüklərindən, eşitdiklərindən sonra, Dünyanı nə qədər sevmiş olsa da, üstünlüyü Heyrana verirdi istər-istəməz. Xüsusilə onun son sözləri Əbdülü lap valeh eləmişdi: Heyran, onu həyatda idarə eləyən daxili inamına görə, son anında təhqir edib dünyadan köçmüş Cabbara sadiq olduğunu sübut eləmək üçün aclığa dözmüşdü, soyuq otaqda tək-tənha yaşamışdı ki, Cabbarın şübhəli ruhu gəlib onu öz evində görsün, rahatlansın, ondan yuxuda da olsa üzr istəsin. O, məhrumiyyətlərə dözmüşdü, amma Əbdülün yanına gəlməmişdi — rahat, isti otaqdan imtina eləmişdi, qayğısız həyatdan imtina eləmişdi. Kim bilir, əgər bugünkü xoşbəxt təsadüf olmasaydı, Heyrana cında bazarında rast gəlməsəydi o, Əbdülün qapısını bir də döyəcəkdimi?! Güman ki, yox. Bəlkə də başqa yerə gedəcəkdi haçansa, ancaq Cabbar şübhələndiyi üçün bura ayaq basmayacaqdı!!
Heyranın son sözlərini eşidəndən sonra Əbdül onun burada qalıb-qalmayacağı məsələsinin də hələlik qeyri-müəyyən olduğunu anladı, doğrusu, bundan xeyli mə'yuslaşdı. İstəməsə, zorla saxlamaq olmaz. Amma qalmağı Əbdül üçün çox münasib idi. Əvvələn, özgə deyildi, Nəcməddinin doğma xalası idi, — hayana dönsə hər hansı kənar bir qadından uşağa o yaxşı baxardı. İkincisi, gözü-könlü tox, mərd qadına oxşayırdı, var-dövlətdə gözü yox idi. Belə qadını bütün şəhəri çıraqla da gəzsəydi, tapa bilməzdi. Üçüncüsü, o, bədbəxt Dünyaya çox oxşayırdı, burda qalıb yaşardısa, Əbdül üçün böyük təskinlik olardı. Əgər gələcəkdə, ərinin dərd-sərini unutduqdan sonra, könül verərsə, Əbdül onu məmnuniyyətlə özünə arvad etməyə razı idi.
Odur ki, Əbdül Heyranın qalıb-qalmayacağı məsələsini aydınlaşdırmağa çalışıb onu burada yaşamağa sövq etmək məqsədilə açıq danışmağı qərara aldı:
– Heyran xanım, mən Cabbarın ölümünə çox təəssüflənirəm. Sağ olsaydı, sənin üçün yaxşı olardı. Görürəm, o mərhumu ürəkdən sevirmişsən. Ancaq nə etmək olar, qəzavü-qədər heç vaxt səninlə, mənimlə hesablaşmır. İndi sən o dörd divar arasında tək qalıbsan. Ərsiz, tavansız bir qadının yalqız yaşamasının necə çətin olduğunu sən özün məndən gözəl bilirsən. Bax, bu ev özgə adamın deyil, sənin doğma bacının evidir, bax,o uşaq da sənin bacının balasıdır. Mən belə düşünürəm ki, keçən dəfə də söylədiyim kimi, sənin burada qalıb yaşamağın məsləhətdi. Bu həm sənin üçün, həm uşaq üçün, həm də mənim üçün lazımdı, Heyran. Əl-ələ verib bu uşağı böyüdərik, qoca vaxtımızda o da bizə dayaq olar. — O, ani olaraq susub adəti xilafınca hiyləyə də əl atdı: — Bəlkə Dünya da gözəl günlərin birində qayıdıb gəldi. Bilirsən səni burada görüb nə qədər sevinəcək onda? Təsəvvür edirsən necə bayram olar bu? O biri yandan da, ağam, — sən bilirsən
– bizim üçün ağlına-gəlməz əndazədə var-dövlət qoyub gedib. Səni ürəyin necə istəsə elə saxlayacağam, xanım. Ehtiyac nədir bilməyəcəksən, Heyran. İndi, fikirləş, özün seç. Mən istəyirəm sən qalasan. Hə, nə deyirsən, Heyran?
—Çətin məsələdi? Qərara gələ bilmirsən? Heyran başını aşağı salıb:
– Qalıram, ağa! —söylədi və bu sözündən Əbdülün nə qədər sevindiyini hiss eləyə bilmədi, çünki ona baxmırdı. Əbdül yerindən dik atıldı, daxili bir istəklə Heyranı bağrına basıb öpmək istədi, bir addım da irəli atdıqda Heyran baxışlarını Əbdülün gözlərinə zilləyib hökmlü bir tərzdə: — Ancaq bir şərtim var, ağa!—dedi. Əbdül yerində qurudu:
– Nədi, Heyran xanım? Mən sənin bütün şərtlərini yerinə yetirməyə hazıram.
Heyran da ayağa durdu:
– Bu şərtlə ki, ... — deyib birdən susdu, söyləmək istədiyini lap son anda uddu; — Yox, lazım deyil. Mən bilirəm ki, sən ləyaqətli adamsan, ağa.
Əbdül onun dilinə gətirmədiyi şərtini sözsüz-sovsuz da başa düşüb Heyrana qəribə bir heyranlıq hissilə baxıb gülümsündü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Aradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:
Üçüncü hissə, doqquzuncu fəsilNeçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas iləBu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Âlemde bir ot bitmeye benüm gibi hergizÂlemde bir ot bitmeye benüm gibi hergizDüşmeye senün oduna cânum gibi hergiz