Page 1 of 2

– Məleykə, ay Məleykə!

Yan otaqdan Məleykə cavab verdi:

– Nədi?

– Bir bura zəhmət çək!

Məleykə əllərini məhrəbaya silə-silə qapı ağzında göründü və yorğun nəzərlərini ərinə dikib dayandı:

– Nədi?

Şəfi arvadının duruşundakı, baxışındakı əzginliyi, süstlüyü dərhal sezdi, ah çəkdi:

– Yorğunsan deyəsən. Bu uşaqlar, evin-eşiyin, həyət-bacanın işi səni əldən-dildən salır, Məleykə. Bilirəm, sən deməsən də, bilirəm, əzizim. Neynək, bir az da döz, qadası oğlun böyüyər, ona bir qəşəng gəlin gətirərik, sənə kömək olar, qulluğunda durar.

– Eh, nə bilim, ay Şəfi. Yəni ölməyib o günü görəcəyik?

– Görəcəyik, görəcəyik, mənim Məleykəm.

Məleykənin gözləri dirildi, parladı; bütün günü ayaq üstə gəzib-dolanan, qıçları zoqquldayan Məleykənin Şəfinin bu sözlərindən sonra elə bil rəngi də açıldı,

– Bəs məni neynirdin, ay Şəfi?

– Daha heç, əzizim. Yorğunsan, get yat, dincəl.

Məleykə getmədi, gəlib yanında əyləşdi:

– Yox, nə isə demək istəyirdin. Bir də... nə qədər yorğun, əzgin olsam da, səninlə danışan kimi hər şey keçib-gedir. Başım ağrıyırsa, başımın ağrısını, dişim ağrıyırsa, dişimin ağrısını unuduram, Şəfi. Səsini eşidən kimi... ən ağır dərdim belə yadımdan çıxır. Sən öz mehribanlığınla, xoş, səmimi rəftarınla adamı göylərə qaldırırsan.

Şəfi onun kürəyinə əl çəkdi:

– Axı... başqa cür də ola oilməz. Sən mənim əzizimsən, gözlərimin işığısan, Sədaqətinlə, namusunla sən mənim arxamda dağ kimi dayanmısan, Məleykəm mənim. Orduları, düşmənləri özünə tapındıran ən qüdrətli bir qəhrəman, qadını ona sədaqətsizlik eləsə, arxasından qaçsa, balaca bir uşağa da təslim olar. Mən səninlə güclüyəm, gülüm.

– Mən də səninlə xoşbəxtəm, əzizim.

Susdular. Şəfi fikirləşdi ki, doğrudan da insan ürəyinin qəribəlikləri, gözlənilməz döngələri, uçuşu, enişi çoxdur. Ailədə – səmimiyyət, sədaqət, mənəvi təmizlik böyük nemətdi. O, arvadına indi, gecəyarıya az qalmış, bu sözləri deyəcəyini bir az əvvəl heç ağlına da gətirməzdi; Şəfi onu yanına, əgər həvəsi olsa, istəsə, Elməddinin təzə hekayəsini oxumaq üçün çağırmışdı. Amma söz-sözü çəkdi, hisslər, duyğular tərpəndi, neçə ilin ər-arvadı bir-birinə elə gözəl, elə xoş sözlər dedilər ki, ikisi də məmnun oldu. Doğrudan da, gözlənilməz, elə-belə, öz-özünə başlanan bu söhbətdən sonra Məleykə gümrahlaşdı. Şəfidən eşidəndə ki Elməddin yeni hekayə yazıb, lap sevindi, onun neçə gündən bəri görünmədiyinin səbəbini, iş-kücünü soruşdu.

– Yaxşıdı Elməddin! — dedi Şəfi. — Bu gün yanıma gəlmişdi. Oturub xeyli dərdləşdik. İşi çoxdu, həm idarədə, həm də evdə... Sənə salam göndərdi. Sən demə, Əli Tüğyanla tanış olub. Sonra hətta evlərinə də aparıb onu Əli Tüğyan. İstəyir Elməddini öz tərəfinə çəksin — görür ki, ağıllıdı, dərrakəlidi.

– Ruznamədəki şəkli Elməddinin çəkdiyini bilib görəsən?

– Yox. Deməyib. Mənim dalımca bir az asıb-kəsib, əsib-coşub. Elməddin də cavabını verib. Əli Tüğyanın arvadından yaman narazılıq elədi Elməddin. Deyir kobudun, mədəniyyətsizin biridi. Əli Tüğyanı heç adam yerinə saymır — deyir. Arvad dura-dura mənim qabağıma çayı, çörəyi Əli Tüğyan özü gətirdi, — deyir.

– A... elə də ailə olar? — deyə təəccüblə Məleykə içini çəkdi.

– Olar, olar, Məleykə. Elə bilirsən bütün kişilər mənim kimi, bütün arvadlar da sənin kimidi?

– Nə bilim?

– Yox! Elə olsaydı, nə sənin qiymətin olardı, nə mənim, Məleykə...

– Düz deyirsən, Şəfican! —deyə Məleykə başını ərinin çiyninə qoyub xumarlandı, az sonra dikəlib: — Hə, Elməddinin hekayəsini oxu, qulaq asım, — dedi.

– Oxuyum deyirsən?

– Oxu, sən allah. Onun yazdıqlarından xoşum kəlir...

Şəfi irəli uzanıb stolun üstündəki kifi açdı, içindən qəzetə bükülmüş hekayəni çıxartdı, eynəyini düzəldib oxumağa başladı.

– Adını «Təqvim» qoyub.

– Nə?

– «Təqvim»... Qulaq as. «Ağayi Dostməmməd vəzarətxanada işləyən dostunun kabinetindən çıxıb heç yerə dönmədən birbaş evə gəldi. Kefi kök, damağı çağ idi. İçəri girən kimi həmişə özü ilə güclə gəzdirdiyi iri, qarınlı kifi stolun üstünə atıb arvadını səslədi:

– Ay Nazxanım?

Əyninə uzun xalat geymiş, ətli-əndamlı Nazxanım mətbəxdən çıxıb kişinin yanında dayandı. Ərini şad-xürrəm görüb tələsik soruşdu:

– Nə olub, kişi, xeyir ola? Yenə üz-gözün gülür?

– Daha demə, arvad, əhvalat uzundu. Ancaq hələlik mənə bir qələm, bir də ağ kağız ver.

Arvad bu sözlərdən heç nə başa düşmədisə də, əl atıb şkafın üstündən ağ kağız götürdü, qələmi də ərinin öz cibindən çıxarıb qarşısına qoydu. Bunu görən Dostməmməd:

– Lap başımı itirmişəm, qələm cibimdə, səndən istəyirəm, — dedi.

– Deyəsən ilhamın gəlib, hə? —deyə ərinin bu anlaşılmaz sevincinin səbəbini bilməyən Nazxanım xəbər alanda Dostməmməd cavab verdi:

– Ay rəhmətliyin qızı, ilham nədi, zad nədi? İndiyəcən gəlib, neyləyib ki, bu ilham zəhrimar, bundan sonra gələ, neyləyə?

– Bəs onda bu haray-həşirlə qələm-kağız nəyinə kərəkdi?

– Yaxşı dostların siyahısını tutacağam, arvad.

– Bu nə sözdür, ay Dostməmməd, dostlarını tanımırsan məgər? Ta siyahı nəyə lazımdır?

– Yox, arvad, birdən yadımdan çıxıb-eləyən olar! Özün bilirsən ki, bizim rövşənfikirlilərimizin ürəyi çox yuxa olur, dəymədüşərdilər, sözdən söz çəkib inciyirlər. Mənim də, uzun illər həsrətlə yaşayandan sonra, əlimə bir imkan düşüb. Bütün tanış-bilişlərimə, az-çox qabiliyyəti olanlara bir yaxşılıq eləmək istəyirəm. Nədən ki, atalar deyib, sən yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər. Mən yaxşılığımı eləyəcəyəm. Hərçənd onların bəzisi belə şeylərdə məni unudurlar, ancaq yaxşılığımı eləyib onları utandıracağam. Qoy onlar mənə borclu olsunlar; gələcəkdə karıma gələr. Çünki dünyada dostun oldu, arada-bərədə itib-batmazsan, yoxsa əjdaha da olsan ha, tək oldun, bu zəmanədə səni yeyəcəklər; çünki atalar deyib ki, tək əldən səs çıxmaz! Elə mənim özümü götür, iyirmi ildi külünk çalıram, indiyəcən fərli-başlı bir seçilmiş əsərlərimi də çıxartdıra bilməmişəm. Kimin adamı var, ya yaltaqlanmağı, qılığa girməyi bacarır, onu irəli çəkirlər, vəzifə verirlər, kitablarını buraxırlar... Kimin ki, kimsəsi yoxdu, mənim kimi qalır çapalaya-çapalaya, yaş keçir, ömür keçir, bir də görürsən ki, öldü getdi... Allah balalarını saxlasın, ömrünü uzun eləsin, əgər vəzire ittilaat və kultur həmyerlimiz olmasaydı, mən heç o iki-üç çərəkəni də çıxartdıra bilməzdim.

– Nə olub axı, bir açıq desənə, ay kişi! Ürəyimizi çəkdin ki; elə danışırsan ki, elə bil, indicə adını tarix kitabına salıblar.

– Hələ salmayıblar, ancaq salacaqlar. Yaxınlaşmışam, arvad.

– Kim salacaq, kişi?

– Kim salacaq? Qəribə söz danışırsan ey. Belə özüm. Daha kim götürüb məni tarixə salacaq! Özü də bu zəmanədə!

– Nə təhər, yəni özüm, Dostməmməd? — Nazxanım sözün canını yenə başa düşməyib xəbər aldı. Dostməmməd əhvalatı müxtəsərcə arvadına danışdı:

– İndi ağayi vəzirin yanından gəlirəm. Şəxsən çağırtdırmışdı. Əvvəl-əvvəl hal-əhval tutdu, səni, uşaqları xəbər aldı. Dedim əlhəmdullah, ömrünə duaçıdırlar, əlini öpürlər.

– Kişi, yəni mən də onun əlini öpürəm? — deyə arvad yarıciddi, yarızarafat, ərinin fikrini bilmək üçün soruşanda o, çımxırdı:

– Hm! Niyə, nə olar sən öpəndə onun əlini? Hələ sənin minnətin olsun ki, ağayi vəzirin əlini öpmək şərəfinə nail olasan.

– Yaxşı, yaxşı, özündən çıxma. Sonra nə oldu?

– Hə, sonra... Heç bildim ki, harda qaldım?..

– Biz onun əlini öpdüyümüz yerdə qalmışdın deyəsən... Dostməmməd tərs-tərs Nazxanıma baxıb davam etdi:

– Düyməni basdı, iki çaynik yaşıl çay gətirdilər. Uzun söz-söhbətdən sonra şəxsən özümə tapşırdı ki, get bir dənə əntiqə, şəkilli-filanlı təqvim hazırla. Dedim, hər iki gözüm üstə, ağayi vəzir.

– Ay kişi, səhərdən bir kitablıq söz danışıbsan, mən heç nə qanmadım yenə. Axı mənə başa sal görüm tarix hara, təqvim hara?

– Sən bilirsən, arvad, təqvimə düşən adam tarixə düşmək üçün bir növ təzkirə almış kimi olur.

– Həəə, beləə dee!.. — Nazxanım səsini uzatdı, — Yəni yazı-pozu ilə məşğul olanları — şairləri, yazıçıları, alimləri, xanəndələri... təqvimə salacaqsan də?!

– Təkcə onları yox, əlbəttə. Dövlət adamlarını, siyasi şəxsiyyətləri də, hər yazı-pozu ilə məşğul olanı da yox! Bildin? İxtiyar əlimdədi, seçəcəyəm. Kimi istəyirəm salacağam, kimi istəmirəm yox.

Nazxanım ani sükutdan sonra:

– Yaxşı, indi kimdən başlamaq istəyirsən, kişi?— dedi.

– Kimdən başlamaq məsələsi məlumdur. Əlahəzrətdən başlayacağam, bu sözsüzdü. Ancaq sonrası bir az çətinləşir, arvad.

– Niyə çətinləşir, kişi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 min
İkinci hissə, on səkkizinci fəsil

Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.

6 min
Üçüncü hissə, birinci fəsil

Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:

13 min
Üçüncü hissə, ikinci fəsil

Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.

32 min

Poems by other poets