Həsrət
Page 1 of 4
ağların başına qar yağmışdı, ətəklərində isə hələ də göy
meşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
D
gözünü iti ülgüc kimi siyirib aparırdı. Soyuq, sanki dağların başında üşüdüyündən qala bilməyib üzüaşağı, şəhərə sarı axışır, isinmək üçün insan nəfəsi dəyən yerlərə –evlərə, daxmalara, isti otaqlara təpilməyə can atırdı. Odunu-ocağı olan evlər soyuğun üzünə qapını açmır, astanadan, pəncərədən içəri buraxmırdı. Amma yoxsulların qapısı soyuq üçün həmişə açıq idi. Qonağın, yoldan keçənin, dərdinbəlanın üzünə açıq olan kimi…
Şəhər adi, gündəlik həyatını yaşayırdı. Bəzəkli reklamlar vurulmuş müxtəlif dükanlarda bardaş qurub oturmuş tacirlər təsbeh çevirə-çevirə müştəri gözləyir… asfalt küçələrdə bəzəkli yük maşınları, içərisində yaxşı geyinmiş ağalar, xanımlar oturmuş yüngül maşınlar belədən-belə şütüyüb keçir. Həmin asfalt yolların qırağında alma, nar, armud, narınc yüklənmiş uzunqulaqlar qulaqlarını qısıb başını aşağı salaraq küçə aşağı, küçə yuxarı gedirlər.
Bütün bunlar mənim gündə gördüyüm adi şeylərdir. İndi mən gördüklərim haqqında deyil, o qəribə adam haqqında düşünürdüm. Düşünürdüm ki, ayaqlarına cırıq-cırıq olmuş çəkmə, əyninə kirli bir köynək geymiş o kişi bu günkü soyuqda evdən çölə çıxa bilməz və deməli, mən onun ürək parçalayan məhzun görkəmini, solğun və tüklü üzünü, çuxura düşmüş, lakin nəsə daxili, dəruni bir parıltı ilə yanan nüfuzlu baxışlarını bu gün görməyəcəyəm. Görməyəcəyəm və evə rahat gedəcəyəm. Yoxsa bu qəribə məxluq düz iyirmi gündü ki, mənə necə deyərlər göz verir, işıq vermir. İşdən çıxandan sonra Yaşıl bazara gedirəm. Ət, göy-göyərti, mer-meyvə alıb bazardan çıxanda o qəribə kişi, məni güdürmüş kimi, qabağıma çıxır. Özü də hər gün eyni vaxtda, eyni yerdə. Qəribə deyilmi?
Məni görən kimi ayaq saxlayır, gözlərini mənə zilləyir. Yanından keçəndən sonra da gözucu baxıram, görürəm ki, dalımca dayanıb tamaşa eləyir. Əvvəllər tamaşa eləyirdi, sonralar ardımca gəlməyə başladı. Bu qərib şəhərdə bu qəribə adam kim idi və mənə niyə elə baxır, məndən nə istəyirdi? Görkəmi ürək parçalayandı. Mən əvvəllər elə bilirdim ki, o, dilənçidir. Bir dəfə sədəqə də vermək istədim. Ona sarı uzatdığım pula gözucu da baxmadı. Baxışlarını məndən çəkmədən başını «yox» mənasında tərpətdi. Mən özüm xəcalət çəkib qızardım və pulu tez cibimdə gizləməyə çalışdım, bacardıqca iri və iti addımlarla uzaqlaşdım.
Daxili bir nigaranlıq məni üzür, rahatlığımı əlimdən alırdı. Günlər keçdikcə bu adam öz qəribə hərəkətləri və davamlı, mənalı baxışları ilə mənim həyatıma daxil olur, gündəlik düşüncələrimdə o da qəmli və məhzun görkəmi ilə iştirak eləyir, məni düşündürürdü.
Bəlkə o, məni kiməsə oxşadır? Bəlkə bir dərdi var? Ya bəlkə məni izləyir? Kim bilir, adamın ürəyinə hər şey gəlir. Yox, deyəsən o məni güdür!
Bəli, bu gün o, öz yerində mənə rast gəlmədi. Ürəyimdə yüngül bir sevinc duydumsa da, gözlərimlə onu axtardım. Dadaşzadənin mağazasının yanından burulanda əllərini qoltuğunda gizlədiyi halda cırıq ayaqqabılarını sürüyərək gəldiyini gördüm. O dəqiqə elə bil ayaqlarım bir-birinə dolaşdı. O da adəti üzrə dayandı. Mən onun soyuqdan göyərmiş gömgöy sifətinə, üzündə iynə kimi biz-biz durmuş tüklərinə ötəri baxdım. «Ay yazıq – dedim ürəyimdə – bu soyuqda nəyə çıxmısan, axı? Bir işin yox, gücün yox. Nə var?!» Sonra fikirləşdim ki, o, ancaq və ancaq məni görmək üçün çıxıb. Axı, mən onun nəyinə lazımam? Bir sözü varsa, desin? Yoxsa, daha kölgə kimi məni niyə dabanbasma izləyir?! Yox, bu gün də gəlsə dalımca, deyəcəm, deyəcəm ki, bəradər, nə istəyirsən?!
Yanından keçdim… Baxmasam da hiss elədim ki, o, yenə ardımca baxır. Bir azdan sonra onun addım səsləri qulağımda səslənirdi… Gəlir…
Salman tacirin xalça dükanının qabağından adladıqdan sonra küçədə heç kəsin olmadığını görüb üç-dörd addım məndən aralı gələn kişiyə sarı qanrılıb fars dilində xəbər aldım:
– Nə istəyirsən məndən? – Etiraf edirəm ki, səsim bərk çıxdı və bu qədər ucadan danışa bildiyimi indicə anlayıb sıxıldım.
Kişi görünür, gözləmirmiş. Səksəndi. Dayandı. Eynən lal adam kimi üzümə baxmağa başladı. Aralığa ağır və cansıxıcı bir sükut çökdükdə mən bu dəfə asta səslə yenə:
– Axı nə istəyirsən, qardaş, məndən? – deyə xəbər aldım.
O, yenə dillənmədi. Elə bil indiyə qədər nəyəsə ümid eləyirmiş. İndi ümidləri puç oldu – üzündə ümidləri puç olmuş bir adamın dərdi, məlalı oxundu. Bəlkə mənə elə gəlirdi. Bəlkə o, indi tamam ayrı bir şey haqqında düşünürdü…
Cavab vermədiyini görüb ürəyimdə söylənə-söylənə yoluma düzəldim. O, yerində qaldı. Hərəkətsiz…
Axşam qalın qar düşdü. Şəhərin evləri, küçələr qar altında qaldı. «Cip» qarı eşə-eşə gəlib məni işə apardı. Küçələrdə gəliş-gediş azalmışdı. Tacirlər dükanlarını açmışdılar. Dükanın ortasında manqal yanırdı. Uzunqulaqlı «səyyar» tacirlər gözə az-az dəyirdi.
Keçən gecə də, bu gün idarədə də o qəribə adam haqqında düşünmüşəm. Soyuqda çıxdı. Amma bu gün çıxa bilməz. Çünki corabı yoxdur, ayaqqabısı cırıqdır, əynində çirkdən rəngini itirmiş bez köynəkdən başqa heç nə yoxdur. Təkcə dizlərinin gözünə qalın yamaq salınmış şalvarı az-çox canını qızdıra bilər. Yox, bu gün gəlməz.
Bazarın yanında maşından düşdüm. Maşın getdi. Mən həmişə bazardan evə piyada gedirəm, çünki yaxındır. Qar yağsa da, artıq yol-iriz düşüb.
Bazardan çıxanda gözlərimə inanmaq istəmədim. Dedim yəqin gözüm qara düşüb, yox, o idi. Dadaşzadənin dükanının tinində durub mənə baxırdı. Geyimindəki fərq təkcə o idi ki, başına çalma bağlamışdı. Ürəyim gizildədi, hər şeydən əvvəl ayaqlarına baxdım. Ayaqları qarın içində idi. Şalvarı gödək olduğundan mənə elə gəldi ki, o, qarın içində ayaqyalın dayanıb.
Mənim əynimdə boynu xəz dərili palto, ayağımda uzunqunc çəkmə, yun corab vardı. Onun çılpaqlığı müqabilində mən utandım. Elə bil o, soyuq baxışları ilə mənim bədənimdəki bütün isti paltarları çıxartdı. Mən şaxtanın, qarın qabağında çımçıplaq qaldım. «Yox, bu kimdisə, boş-boşuna məni izləmir? Soyuqda, qarda, ayaqyalın, çılpaq…» – deyə ürəyimdən keçirdim və yanından sovuşanda ona baxmamağa çalışaraq öz dilimdə: «Qəribə adamdır» - dedim. İşini-gücünü atıb…
Bu sözləri mən yavaşcadan dedim. Birdən arxamdan əsəbi bir səs eşidildi:
– Dayan, qardaş!
Azəri dilində deyilmiş bu iki kəlmə məni yerə mıxladı, qanrılıb səs gələn tərəfə baxdım. Məni səsləyən o idi. Bizdən başqa Nadiriyyə cadəsində kimsə yoxdu.
«Dayan, qardaş!» - Bu iki kəlmə söz neçə müddətdən bəri məni kölgə kimi izləyən o qəribə kişinin dilindən çıxmışdı. O, gözlərini – iriləşmiş, parlayan gözlərini çəkmədən mənə sarı gəlirdi. Çatdı…
– Sən azərbaycanlısan? – deyə kirpik belə çalmadan titrək səslə xəbər aldı.
– Bəli, – dedim – azərbaycanlıyam.
O, yerində qımıldandı, bir az da irəli gəldi. İllərdən bəri görmədiyi əziz və doğma adamı ilə rastlaşan insan təki özünü itirdiyindən heç bilmədi neyləsin. Ani olaraq üst-başıma nəzər fırlatdı, özünə baxdı.
– Səni bağrıma basıb duz kimi yalayardım – dedi. Ancaq… o, nə isə əlavə etmək istədi, demədi. Mən onu sözsüz də başa düşdüm. Əlcəyimi əlimdən çıxarıb soyuqdan gömgöy göyərib kötüyə dönmüş əlini sıxdım. Əlimi iki əlilə bərk-bərk sıxıb başını aşağı əydi, əlimdən öpmək istədi. Qoymadım.
– Başına dönüm sənin, eloğlu – dedi. – Mən onun həyəcandanmı, soyuqdanmı titrədiyini ayırd edə bilmədim. Gözlərində yaş gilələnmişdi. Onu da ayırd eləyə bilmədim ki, bu soyuqdandır, ya sevinc yaşlarıdır o yaşlar? Yox, o üşümürdü, onun sevindiyindən gözləri yaşarmışdı.
Düzü, mən özümün o dəqiqə keçirdiyim hisslərdən baş aça bilmirdim. Sevinirdimmi? Deyəsən mən də sevinirdim. İki il idi ki, bu qərib şəhərdə işləyirdim. Heç ağlıma da gəlməzdi ki, burada məndən başqa azərbaycanlı ola bilər. Qəriblik… Həm də o müəmmalı adamın sirrləri deyəsən yavaş-yavaş açılırdı.
– Görürəm, sən də azərbaycanlısan.
Xeyli vaxt keçəndən sonra tapıb dediyim bu sözlər o qədər də tutarlı olmadı. Bunu o dəqiqə hiss elədim. Mənim sözlərimin müqabilində o, ah çəkdi başı ilə sözümü təsdiqlədi. Sonra əlavə etdi:
– Özü də, başı bəlalı azərbaycanlı…
İndiyə qədər bu qəribə kişi mənim üçün bir müəmmalı kitab idi. Ona uzaqdan baxır, düşüncələrə qərq olaraq içərisində yazılanları xəyalən araşdırmağa, fərziyyələr söyləməyə çalışırdım. Bu gün isə o, maraqlı, oxunmamış kitab mənim əlimdə idi. Onun ilk səhifəsi açılmışdı. «Başı bəlalı azərbaycanlı» – sözləri yazılmış bu səhifə məni maqnit kimi özünə cəlb edirdi. Bu kitabı deyəsən tale yazmışdı. Taleyin yazdığı kitablar isə yazıçıların yazdığı kitablardan çox-çox maraqlı və faciəli olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-hesret
Use ← → keys to move, R for a random poem
More by this author
Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Proloq– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Poems by other poets
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Nazim yadıma düşdüDağların dağa bənzər!Yanıq bağrın nə qaradır,