Page 2 of 2 · 50%

– İndi sən mənə de görüm, sirr saxlamağı bacarırsanmı?

Gülmirə dərhal cavab verə bilmədi.

– Necə sirr?

– Sirr də, adicə sirr.

– Nə deyim, vallah...

– Öz xeyrinə susmağı bacarırsanmı?

—…

– Mən inanıram ki, bacararsan! Eləmi, bacararsan? Bu elə bir sirdi ki, gərək bir sən biləsən, bir də mən. Bu işdən gərək heç Nadirənin də xəbəri olmasın. Bir yaxşı məsəl var, deyir: «nə qədər ki sirrini bir kəsə deməmisən, o sənin əsirindi, elə ki dedin, oldun sən onun əsiri». Başa düşürsən nə deyirəm?

Gülmirənin səbri lap tükənmişdi. «Bu nə sirdi, xudaya?— deyə düşündü, — bir mən bilməliyəm, bir o. Hətta Nadirə də xəbərsiz olmalıdı. Desəm, mən onun əsiri olacağam...»

– Professor, açıq deyin görüm...

– Bu söhbət ciddi, elmi bir məsələyə aiddir, qızım!— deyə professor azca qızardığını hiss eləsə də, daha burdan geri qayıtmağın mümkün olmadığını anlayıb əsil mətləb üstünə gəldi!— Mən neçə il bundan əvvəl, fondda çalışdığım zaman bizim Füzulinin avtoqrafını tapmışdım. Başım doktorluq dissertasiyasına qarışdı, sonra şöbənin işləri vaxtımı elə aldı ki, bu mühüm məsələ tamam yadımdan çıxdı. Sən təsəvvür eləyirsənmi Füzulinin avtoqrafını tapmaq nə deməkdi?

– Bəli, böyük işdi, — deyə Gülmirə yenə bunun ona nə dəxli olduğunu anlamadan professorun sözünü təsdiq elədi.

– İndi görürəm ki, bir nəfər ayrı adam da gəlib yanıma ki, bəs mən Füzulinin avtoqrafını kəşf eləmişəm. Kəşf a, özü də! Deyirəm, a bala (əlbəttə, ürəyimdə), sənin indi getdiyin yolları mən çoxdan gedib gəlmişəm.

– Kimdi ki, o adam?

—Əşi, elə bir ağıllı-başlı adam da deyil, elmdə tamamilə təsadüfi adamdı. Yetmişində zurnaçılıq öyrənənlərdəndi.

– A, bildim.

– Kimdi?

– Cəfəri deyirsiniz.

– Hə, düzdür. — O bu sözləri deyə-deyə qəlbinin qanının üzünə vurduğunu duyub bir az da qızardı:— Odur. Mən istəyirəm ki, bu kəşf nə mənim, nə də onun adı ilə bağlı olsun. Qoy bu kəşf sənin olsun, Gülmirə.

Professor son sözləri təntənə ilə dedi. Ancaq Gülmirə məsələnin nə yerdə olduğunu anlamağa başlasa da, özünün əsil vəzifəsini hələ lazımınca dərk etməmişdi.

– Mən neyləməliyəm ki?

– Nə sadəlövh qızsan sən! — O, ayağa durub əlini Gülmirənin çiyninə qoydu, — Arif olmaq lazımdı, qızım, arif olmaq lazımdı. Bu saat mən səni başa salaram neyləməlisən.

Professor saralmış, kirli qovluğu qabağına çəkdi.

—Əvvəl de görüm, sən «Əsrarül-ədvarı» fonddan alıb baxmısanmı?

—«Əsrarül-ədvarı»? Çox, professor.

– Afərin!

– Sən həmin əlyazmasının yüz otuz beşinci səhifəsində bir qeydə rast gəlibsən. Bu, Füzulinin əl xəttidi. Burada şübhəli heç nə yoxdu. Kişi özü ərəbcə deyir ki, «bunu Allahın qulu mövlana Məhəmməd Füzuli yazdı». İndi sənin vəzifən nədi? Balaca bir məqalə qaralayarsan. Təxminən bu məzmunda ki, biz fondda çalışdığımız zaman «Əsrarül-ədvar»ın bir səhifəsində böyük şairimizin əlyazmasına rast gəldik. Mətni verərsən. Mətn də böyük deyil. Bircə beyt şerdi. Kərbəla taununun tarixi və şairin adıdı. Vəssalam. Sonra redaksiyaya apararsan. O saat çap eləyəcəklər. Bu, həm sənin adındı, həm də institutumuzun adıdı. Belə çətin vəziyyətdə sənin üçün çox böyük şey deməkdi bu!

Gülmirə çətin məsələ qarşısında qalmışdı.

Eşitdiklərinə inanmaq istəmirdisə də, professorun sözləri zarafata oxşamırdı və həqiqət idi. Bəlkə professor onu sınamaq istəyir?

Bəlkə Orxan ona məqalə barədə qandırıb? Yox, bu ağlabatan deyil. Orxan belə namərdlik edərmi?! Vəziyyət ayrı cür idi, burada söhbət sirdən gedirdi, kəşfdən gedirdi. Bəs axı, professor həmin məsələni öz adına çox asanlıqla çap etdirə bilər. Niyə elətdirmir?

– Siz özünüz tapmısınız, professor!...

– Bilirəm,— deyə Salman onun sözünü ağzında qoydu,— deyəcəksən ki, mən özüm niyə çap elətdirmirəm.

– Bəli, mən elə demək istəyirdim.

– Bilirsən, qızım, mən vaxtında bu işi eləməmişəm, fürsəti əldən buraxmışam. Fürsət də, özün bilirsən, quş kimi şeydi, uçurtdun, tuta bilməzsən, Mən də uçurtmuşam. İndi bu məsələni mən qaldırsam, Cəfər deyəcək ki, bəs professor məndən götürüb. Mən isə belə şeyi qəbul eləyə bilmərəm.

– Mənə elə gəlir ki, Cəfərin sonra cəngindən qurtarmaq...

—Əgər bu işi sənin adına çap elətdirsək, o heç nə deyə bilməz. Niyə? Mən deyərəm ki, bu məsələni səndən qabaq Gülmirə tapıb, məqaləsi də məndədi. Vəssalam!

– Axı... məqalə yoxdu, professor.

– Yazarsan. Lap indi götür yaz. Böyük məqalə olmayacaq. Cəmi-cümlətanı bircə səhifə, səhifə yarımlıq ancaq olar. — O, əl atıb mizin üstündən bir neçə səhifə ağ kağız götürərək Gülmirəyə verdi:

– Al, mən deyim, sən yaz...

Gülmirə azca fikrə gedib qələmi əlinə aldı: professorun dediyi məqalənin ünvanını yazanda onun alnında tər damcıları parıldayırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 min
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 min
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 min
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 min

Poems by other poets