Birinci hissə
Page 9 of 47 · 17%
Lakin dərhal Məmunun qafiləsi arxasınca bir şayiə sürünməyə başladı, bu şayiə getdikcə sürətini artırdı və nəhayət getdi xəlifənin qafiləsini haxladı.
Məmunun əmrilə dörd qatil axtarılırdı, hansı xərabədə, yaxud hansı mağarada gizləndikləri və yaxud hara çıxıb getdikləri hələ heç kəsə məlum deyildi, amma dörd quldurun isnad elədiyi və indi ağızdan-ağıza uçan qanadlı bir xəbər Məmunun qafiləsini bütün yol uzunu təqib edirdi ki, “Əmirəlmöminin özü bizə əmr elədi ki, çıxardarsınız o şəxsin əynindən həyat libasını və geyindirərsiniz o şəxsin əyninə məmat libasını”.
Qafiləni haxlayan bu şayiə nəhayət gəldi Siracın vasitəsilə xəlifənin çadırına da baş çəkdi və xəlifə gözlərinin iştirak etmədiyi bir təbəssümlə dedi ki, haqqında düz deyiblər ki, tul əl lisan-həlak əl-insan (dilin uzunluğu insan üçün fəlakətdir) və bu şayiə ki, arxamızca sürünür, nə qədər ki, bizdən qabağa getməyib heç bir ziyanı yoxdur.
Qoca təbib isə bu şayiədən xəbər tutanda heyrət etmədi. Çünki, qocanı ən çox heyrətə salan o idi ki, nə fərqi vardı ki, vəzir öz mənəmliyi ilə özü-özünü tələyə salmışdı. Hər halda tale ulduzunun hökmü yerinə yetmişdi, vəzirin qanı od ilə su arasında tökülmüşdü. Sonra bu da qoca üçün aydın idi ki, Məmun xorasanlı şiyə vəzirini buraxdığı səhvlərə görə aradan qaldırmamışdı. Bəlkə yaşıl rəngi qara rəngə qurban verməyə başlamışdı və birinci qurban vəzirinin ölümilə burda, yolun başlanğıcında Bağdadın qəzəb odu üstə bir dolça su endirmişdi, yaxud burdan əlini uzadıb Bağdadda əmisi İbrahim ibn Məhəmmədin taxtını bir az sarsıtmışdı.
Və birdə ki, gec-tez bu hadisə baş verməli idi.
Hökmdarlar taxt-taclarıyla minnətdar olduqları şəxslərin varlığına heç vaxt dözməmişdilər.
Məmunun ulu babası xəlifə Mənsur dözməmişdi. ibn Müslümü hüzurunda doğratmışdı.
Məmunun atası Harun ər-rəşid dözməmişdi vəziri Cəfər Bərməkini qardaşlarilə bərabər məhv eləmişdi.
Və Məmun da dözmədi; dörd quldurun əlilə və yaxud həvəskarı olduğu Şətrənc oyunundakı at gedişilə tale ulduzunun hökmünü həqiqətə çevirdi.
Nə idi bu? Tarix təkrar olunurdumu? Hər halda tarixin sınaqları təkrar olunurdu və bir-biri dalınca üç xəlifənin saray təbibi olan qoca bu təkrarın canlı şahidi olmuşdu. Və nəhayət, Məmunun vəzirinin ölümünü hazırlayan bir labüdlük onu da çəkmişdi, öz axarıyla aparmışdı.
Bu Qovqun şəhər Xürrəmilərin
İldə bir dəfə “Sevgi süfrəsi”
Açdıqlarıdır
Və yolunu gözlədikləri “Günəşli atlını”
Bu gecə son dəfə çağırdıqlarıdır
1
Və o vaxtkı o “Günəşli atlı” gələcəkdi, qaranlığı çoxalmış bu dünya yaxşılıq işığı ilə dolacaqdı...
Güneydəki başı qarlı uzaq və böyük dağlar ilə qırmızı torpaqlı, kiçik və yaxın dağlar arasındakı bu şəhər 9-cu yüz illik Təbrizi idi və günəşin Sünbülə¹ bürcünə girdiyi bu günlərdə bütün şəhər göydən yerə od ələyən yay günəşi altında yatırdı. Gecələr dağlar üstündəki göylərdə tez-tez su təkin ulduzlar axır və o solğun ulduzlardan şəhər üstünə xoş bir sərinlik yağırdı. Uzaqlardan gələn yorğun dəvə karvanları hava qaralanda şəhərə çatırdı və ağır yüklərilə bərabər şəhər karvansaralarına bir-birindən həyəcanlı xəbər və şayiələr boşaldırdı. Səhər hava işıqlananda bütün şəhər o xəbər və şayiələri yığışdırmağa başlayırdı.
Abbasilərin 7-ci xəlifəsi Məmun isə Mərv ilə Bağdad arasındakı iki-üç aylıq bir yolu il yarım idi ki, gedib axırını qurtara bilmirdi – amma hər dəfə qafiləsilə qaldığı növbəti mənzildə baş verən hadisələrin əks-sədası ilə bütün xilafəti vəlvələyə salırdı.
¹ Yazın son ayı
Keçən ilin qışında Məmunun qüdrətli vəziri Sərəxs şəhəri hamamında qətl ediləndə də Bağdad şəhərində Məmunun vəliəhdi İmam Rza qəfildən vəfat edərkən də Bağdaddakı qoşun başçıları daha artıq rahat nəfəs almışdılar və əksinə ifrat şiyələr imamət göylərinin 8-ci ulduzunun söndüyünü görüb fəryad qopartmışdılar ki, İmam Rza öz əcəli ilə rəhmətə getməmişdir və necə ki, vaxtilə şiyələrin altıncı imamı Cəfər Sadiq xəlifə Məmunun ulu babası xəlifə Mənsurun əmrilə zəhərlənib öldürülmüşdü və daha sonra şiyələrin 7-ci imamı Musa Kazim də Məmunun atası Xəlifə Harunəlrəşidin zindanında 13 il dustaq qalandan sonra zəhərləndirilərək qollarındakı zəncirlərlə bərabər dəfn olunmuşdu, indi də şiyələrin 8-ci imamının süfrəsinə xəlifə Məmunun süfrəsindən zəhərli üzüm göndərilmiş və İmam Rza o zəhərli üzümdən çox yeyəndən sonra şəhid olmuşdur.
İstər şayiə, istər həqiqət olsun hər halda bir-birini təqib edən bütün bu hadisələr Bağdad üstünə gedən Məmunu əvvəlcə xorasanlı vəzirindən, indi də şiyə vəliəhdindən azad eləmişdi və beləliklə, Məmunun yaşıl inqilabından indi əynindəki yaşıl libasdan, yaşıl çalmadan başqa bir şey qalmamışdı.
Dünən axşam isə Həmədandan gələn dəvə karvanının gətirdiyi xəbərlərdə deyilirdi ki, Məmun keçib gəldiyi bütün vilayətlərdə xərac vergisini azaldır və bütün şəhərlərin cümə məscidlərində gecəni səhərə qədər qəndillər yandırılmasını və qapılarının qəriblər, binəsiblər üçün açıq saxlanmasını əmr eləmişdir və özü isə o məscidlərdə oxuduğu xütbələrdən sonra şəhər yoxsullarına külli miqdarda ianə ehsan eləyir və Tus şəhərində atası Harunəlrəşidin qəbri yanında dəfn etdirdiyi vəliəhdi İmam Rza üçün bütün məscidlərdə Quran oxutdurur.
Və yeni şayiələrdə deyilirdi ki, Məmun bir əlilə nə qədər çox ehsan paylayırsa, digər əlilə daha çox varidat toplayır və yolüstü xorasanlı bir zabitin evinə beş dəqiqə qonaq olduğundan sonra mübarək qədəmlərilə Əbu Sahibi şərəfləndirmək üçün məğrur və məşhur İran zabiti öz mülklərindən xəlifəyə 300 kənd bağışlamışdır.
Daha sonra Təbrizin örtülü bazarını çulğayan bir xəbər də bu idi ki, Sərəxs şəhəri hamamında Məmunun qüdrətli vəzirini qətl edən dörd nəfər məşhur quldurbaşı nəhayət, ələ keçmişdir və bu saat Həmədan zindanında dustaqdırlar və Məmun gəlib Həmədana yetişəndə şəhər valisi o dörd nəfərin edamı üçün elə “ziynətli” bir mərasim tərtib edəcəkdir ki, bütün bu şəhər tamaşasına gələcəkdir.
Və əlbəttə ki, o vaxtlar və daha sonralar da istər Doğarıda, istər Batarıda, ən mədəni şəhərlərin meydanlarında ən vəhşi edamlar yeni bir şey deyildi.
Beləliklə, bu gün yenə küçələri, meydanları və bütün şəhəri ağzına almış xəbər və şayiələr nə qədər rəngarəng və həyəcanlı olsa da, səhər tezdən çit çadrasına bürünüb şəhərin örtülü bazarında vurnuxan gənc bir qadın bütün bu eşitdiklərinin hamısına biganə qalmışdı, çünki nəhayət, onun özünə elə bir xəbər gəlib çatmışdı ki, Ağca bütün gecəni yatmamışdı və bir gözü gülmüşdüsə, bir gözü ağlamışdı.
Bir qayda olaraq varlı ailələrin ipək çadralı, qanovuz çax-çurlu xanımları yayda şəhərin ən sərin və qışda ən isti yeri olan örtülü bazara çox nadir hallarda ya daş-qaş almağa və yaxud, sadəcə zərgərlər cərgəsində rəfiqələrilə görüşüb hal-əhval tutmağa gəlirdilər. Sadə adamların çit çadralı və çit tumanlı qadınları isə hər gün bazarı doldurur, nəfəslərini dərmədən bir-birilə çənə döyür və bu tumanların içində vurnuxan varlı xanımların kənizləri və qaravaşları hər gün bazardan gül dəstə yığıb yığışdırdıqları şayiələri və dedi-qoduları hər axşam aparıb əlvan bir buket kimi xanımlarına təqdim edirdilər. O xanımlarına ki, dörd uca divar arasındakı əndərunilərdə¹ bütün günü can sıxıntısından boğulur, o xanımlara ki, yalnız qaravaşlarının hər gün bazardan gətirdikləri bu xəbərləri və şayiələri dönə-dönə dinləyəndən sonra yavaş-yavaş dirçəlib özlərinə gəlirdilər.
Ağcanı isə hər gün bazara göndərən xanımı yox, ağası Məhəmməd ibn Rəvvad idi və bu adam təkcə Ağcanın yox, bütün bir şəhərin, Təbrizin sahibi idi. Və hələ yüz il əvvəl Yəməndən köçüb Azərbaycana gəlmiş Əjdər qəbiləsinin bütün bir qoluna başçılıq edərdi. Çünki qəsb edilmiş ölkələrin şəhərlərində yaşayan ən qüdrətli və sərvətli ərəblərin biri idi ki, əkin torpaqları, üzüm bağları, otlaq və biçənəkləri Təbriz qala hasarları dibindən başlayaraq ta Araz qırağına və Bəzzeyn dağlarına qədər uzanırdı.
Amma qoca ibn Rəvvad neçə il idi ki, xəstə yatırdı, yorğan-döşəkdən qalxa bilmirdi. Əmrlərini və tapşırıqlarını özündən kiçik qardaşları Vəcna və Yəhya yerinə yetirirdilər. Və hər iki qardaş hər axşam qocaya baş çəkir, xəlifə Məmunun hansı şəhərə varid olduğu və o şəhərin cümə məscidindən oxuduğu xütbədə nələr dediyini böyük qardaşlarına ərz edərdilər. Lakin qoca üçün sevimli cariyəsi Ağcanın hər gün örtülü bazardan gətirdiyi xəbərlər daha maraqlı idi. Çünki Ağcanın dilində və
¹ Varlı ailələrdə qadınlar və ümumiyyətlə, ailəvi işlər üçün tikilmiş içəri həyət yozumlarında bazar izdihamının bu və ya digər hadisəyə qarşı münasibəti daha canlı, daha yaraşıqlı və bəlkə də daha düzgün ifadəsini tapırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.